Qalmaqallı məhkəmə: "Lotu Quli”nin adından hədə-qorxu gələrək pul və əmlakımı ələ keçiriblər" - "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi?"
21-06-2024 [10:56]
Ali Məhkəmədə hədə-qorxu ilə şantaj etməkdə təqsirləndirilən Vüsal Axundovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Mia.az Pravda.az-a istinadla bildirir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Vüsal Axundov hüquq-mühafizə orqanlarının birində işləyən əmisi oğlu Emin Axundovu kriminal aləmdə "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun adından şantaj edib. Emin Axundovun dediyinə görə, bu şantaj nəticəsində 12 milyon manatlıq pul və əmlakı əlindən alınıb.
Onun şikayəti əsasında öz əmisi oğlu Vüsal Axundov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinən Vüsal Axundov 14 il azadlıqdan məhrum edilib.
Həbsindən öncə ədliyyə sistemində çalışan Vüsal Axundov isə özünü təqsirli bilmir, ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə deyib ki, əmisi oğlunun “Lotu Quli”nin tələbiylə pul və əmlaklarını verməsinin ona heç bir aidiyyəti yoxdur. O, məhkəmədən bəraət istəyib.
Zərərçəkmiş qismində tanınan Emin Axundov məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. O, istintaqa ifadəsində deyib ki, əmisi oğlu onun qazancını, sahib olduğu pul və əmlakı bilirdi. Ona görə də “Lotu Quli”nin adından hədə-qorxu gələrək pulunu və əmlakını ələ keçirib. Lakin o, hansı səbəblə şantaj olunduğunu, ondan niyə pul tələb edildiyini açıqlamayıb.
Emin Axundov bildirib ki, əmisi oğlu Vüsal özünü “Lotu Quli” ilə aralarında vasitəçilik edirmiş kimi göstərib. Zərərçəkmiş iddia edir ki, öncə 700 min dollar pul verib. Sonra 12 sot torpaq sahəsində tikilmiş villası, Çexiyada (Karlovı Varıda) mülkü və başqa əmlakları əlindən alınıb: "Pulu verirdim Vüsala, deyirdi ki, çatdırdım...".
Zərərçəkmişin sözlərinə görə, sonda tələbləri yerinə yetirə bilmədiyini görüb bir dostundan kömək istəyib. Şikar adlı dostu vasitəsilə Səlifovla əlaqə saxlayıb: "O isə bildirib ki, heç kimdən heç nə istəməyib, onun adından istifadə edirlər...".
Təqsirləndirilən Vüsal Axundov isə əmisi oğlunun onu şərlədiyini deyir: "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra şikayət elədi? Əgər doğru olsaydı, elə sağlığında şikayət eləyərdi. Özü də əməliyyatçı olub, kor-koranə kiməsə pul verməzdi ki...".
Xatırladaq ki, Nadir Səlifov 2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilib.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb