Ev dustaqlığında olan general məhkəməyə çıxarıldı: “Mənə də Komitənin rəhbərliyi göstəriş verdi..."
21-06-2024 [10:40]
Xəbər verdiyimiz kimi, 42 ədəd avtomobili 22 min manata satan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Xosrov Vahabzadənin məhkəməsində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru gömrük general-mayoru Ehtiram Xəlilovda ifadə verib.
Məhkəmə iclasında şahid qismində dindirilmiş Ehtiram Xəlilov ifadəsində göstərib ki, 18 avqust 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinə təyin edilib və 2022-ci ilin iyun ayında vəzifədən azad olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində barəsində Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılır, CM-nin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda ev dustaqlığındadır.
2021-ci ilin sonlarında Cavid Əliyev adlı şəxsin Dövlət Gömrük Komitəsinin rəhbərliyinə olan müraciətinə əsasən Birliyin anbarında saxlanılan 41 ədəd istismara yararsız və 1 ədəd istismara yararlı nəqliyyat vasitələri qiymətləndirmə baş tutduqdan sonra Birliyin Kommersiya şöbəsinin rəisi Xosrov Vahabzadə vasitəsi ilə həmin şəxsə satılıb.
Avtomobillərə görə alınan pul vəsaiti Birliyin bank hesabına ödənilib. Həmin nəqliyyat vasitələrinin dövlət nəfinə keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, hərracın hansı qaydada keçirilməsi, depozit hesaba pul vəsaitinin hansı qaydada ödənilməsindən məlumatı olmayıb, qeyd olunan məsələləri Xosrov Vahabzadə icra etməklə həmin məsələlərlə əlaqədar məsul şəxs olub.
Nəqliyyat vasitələrinin satışından əldə olunan pul vəsaitindən ona hər hansı məbləğ təqdim olunmayıb.
Ehtiram Xəlilov Xosrov Vahabzadə tərəfindən bazar qiyməti 6 manata olan (1 ədədi) “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin 2 manata satışından da danışıb:
“Bununla bağlı onu deyə bilərəm ki, həmin kremin dərman vasitəsi olduğunu bilməmişəm. Belə ki, “Azərterminalkompleks” dərman vasitələrinin satışını həyata keçirməyib, anbarda olan bütün dərmanlar müharibə vaxtı hərbi hissələrə göndərilib”.
Ehtiram Xəlilov deyib ki, Xosrov Vahabzadəyə sözügedən dərman preaparatının krem bilib satışını həyata keçirilməsini özü göstəriş verib:
“Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxs çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub”.
Qeyd edək ki, sözügedən dərmanlar “Capitals Auction” MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə satılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb