JURNALİST NAZİRİ "DALAN"A DİRƏDİ: "Xanımınızın təhsil haqqını şəxsi büdcədən, yoxsa nazirlik hesabına ödəyibsiz?"
21-06-2024 [09:07]
"Hörmətli Elm və təhsil naziri Emin Əmrullayevə bir sual ünvanlamışdım. Hələ də cavab verə bilmir. Sual ondan ibarət idi ki, hörmətli nazirimiz həyat yoldaşı Nigar Əmrullayeva - Hənifəyevanın Cambridge Judge Business School-da iki illik təhsil haqqını hansı mənbədən ödəyir. Şəxsi büdcəsindən, yoxsa nazirlik hesabına?".
Mia.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.
Jurnalistin sözlərinə görə, cənab nazirin xanımının illik təhsil haqqının miqdarı ilə bağlı əvvəlki statusunda bir az yanlışlığa yol verib: "Bu səbəbdən düzəliş etmək istərdim. Əvvəl qeyd etdiyim illik 63 min funt sterlinq məbləğ sadəcə bakalavr təhsilinə aiddir və əslində, Əmrullayev ailəsinin ödədiyi məbləğ bundan xeyli çoxdur.
Üstəlik, xanım Əmrullayeva məhz həyat yoldaşının karyerasının yüksəldiyi dövrdə Londondakı Kral Kollecinin (King College) diplomunu alıb. Burada xarici tələbələr üçün illik təhsil haqqı 37 min funt sterlinq, Londonda bir tələbənin yaşayış xərcləri təxminən 1800 funt sterlinq təşkil edir. Təəssüf ki, cənab Əmrullayevin həyat yoldaşının Kral Kollecində təhsilinin də hansı mənbədən ödəndiyi bəlli deyil. Bir daha qeyd edirəm ki, Emin Əmrullayev nazir olana qədər onun həyat yoldaşı məktəbəqədər təhsil müəssisəsində təlimçi işləyib.
Nigar Əmrullayeva - Hənifəyeva King College ilə kifayətlənməyərək 2023-cü tədris ilində İngiltərədə sözügedən ali təhsil müəssisəsində MBA təhsili (Biznesin İdarə Olunması) almağa bağlayıb və ikiillik proqramı gələn il başa vuracaq. Siyahı üçün link: ( https://www.jbs.cam.ac.uk/.../the-cambridge-emba-class.../ )
Qlobal Executive MBA üçün təhsil haqqı 102,235 funt sterlinq təşkil edir. Yəni cənab nazirin həyat yoldaşının ikiillk beynəlxalq MBA təhsili (sadəcə təhsil haqqı) 205 min funt sterlinq təşkil edir. Söhbət nə az - nə çox 450 min manatdan gedir. Diğər xərclər - səfər və yaşamaq, qida, zəruri vəsaitlər xərcləri bura daxil deyil.
Qeyd edim k, Beynəlxalq səviyyəli MBA diplomuna sahib olan şəxs xüsusilə karyerasında yüksələ və daha yüksək maaşlı vəzifədə çalışa bilər".
Jurnalist daha sonra yazıb: "Azərbaycan Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin direktoru Əli Dadaşzadə də həmin ali təhsil müəssisəsində MBA təhsili alır. Ümumiyyətlə, həmin sinif üzrə təhsil proqramına qatılanların əksəriyyəti bankirlər və işadamlarıdır. Bəs Əmrullayev? Qoy özü aydınlıq gətirsin".
MİA.AZ
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır