Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb - 4 nəfər yaralanıb

img

20-06-2024 [17:37]


Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.

Məlumata görə, Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "pikap" tipli avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR