Rusiya bu şəxsləri Azərbaycana təhvil verdi - Adlar

img

20-06-2024 [16:41]


Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR