912 min manatı oğurlanan prorektorun evində daha bir oğurluq olub - Məşhur Kəngərlilər ailəsinin üzvlərinin adı yenidən məhkəmədə hallanıb
20-06-2024 [14:23]
Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Bir neçə il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva - Kəngərlinin evindən edilib.
G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurladığı məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.
Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: “2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadimə, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.
Məndən başqa, evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü ildə evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.
Araşdırmalar zamanı məlum olub ki, G.Təhməzova pulun böyük hissəsini yaxın münasibətdə olduğu şəxsə verib. İşin üstü açıldıqdan sonra isə o, bütün pulları polisin vasitəsilə geri qaytarıb.
Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşmanlıq hissi duymasını, dəymiş zərəri ödəməsini, qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilən G.Təhməzovaya elektron qolbaq tətbiq edilib və polisin nəzarəti altına verilib.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini də tutub. Onlar məşhur Kəngərlilər nəslindəndirlər.
Onu da əlavə edək ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdı. Həmin vaxt xadimə X.Zeynalova və onun tanışı barəsində də cinayət işi açılmış və hər iki şəxs məhkum edilmişdi.
***
Ailədən sayta bildirilib ki, Gülşən Əliyeva-Kəngərli və Aybəniz Əliyeva-Kəngərli hazırda qeyd edilən vəzifələrdə çalışmırlar.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb