Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - MƏTN
19-06-2024 [09:58]
Prezident İlham Əliyev Bakıda keçirilən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubu Prezidentin köməkçisi Hikmət Hacıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli toplantı iştirakçıları.
Əziz dostlar.
Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.
Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm.
Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.
Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.
Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır.
Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.
Önümüzdəki günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inanıram.
Sizə ən xoş arzularımı yetirir, 29-cu Yüksək Səviyyəli Toplantının işinə uğurlar diləyirəm".
Xatırladaq ki, Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilir.
Toplantıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa və digər xarici qonaqlar iştirak edir.
Qeyd edək ki, toplantı 19-20 iyun tarixlərində Bakıda, 21 iyunda isə Zəngilanda davam edəcək.
Qəzzaya hücum: daha 16 nəfər ölüb
Hava qızmar olacaq - İyulun 23-dək
Aİ ölkələrinə giriş çətinləşdi, saatlarla yoxlama və... - "Hətta 15 aktiv US, UK vizaları olan, 2 illik multi şengen vizayla gələnləri də saxlayırlar..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - Prezident Xocalıda sakinlərlə bir arada + FOTOLAR (YENİLƏNİB)
Türkiyənin ən güclü partiyası - SORĞU
DİM məlumat yayıb
"Beşiktaş" Kerem Aktürkoğluyu transferə hazırlaşır - İki oyunçu və pul təklif olunub
"Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
“Xəzər TV”yə xəbərdarlıq olunub
İngiltərədə məscidin önünə siçovul buraxan şəxs cəzalandırıldı
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
Səbailin bir hissəsində işıq olmayacaq
Rusiyalı deputatlardan tələb: ""WhatsApp” bloklansın!" - Daha bir sosial media qapadılır
Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir
Prezident İlham Əliyev Qiyaslı kəndindəki tarixi məsciddə - FOTOLAR
"E-manat" bağlanır? - Lisenziya məhdudlaşdırıldı
İlham Əliyev Ağdamda: məktəb binasının açılışı oldu - FOTOLAR
Prezident İlham Əliyev Ağdamda müəssisəsinin açılışında - FOTOLALR
Sabah hava necə olacaq? - Proqnoz
SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)
Bağçalara uşaq qəbulu başlayıb
Rəqsanə: "Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol" - "Mənim borclarımı bağladı, mənə ev və maşın aldı"
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılıb
Ələsgər Məmmədlinin səhhəti pisləşib - Tanınmış şəxslər Prezident İlham Əliyevə müraciət edib
Trampın səhhətində problem yaranıb - Xroniki venoz çatışmazlığı diaqnozu nədir? (FOTO)
Dövlət Xidməti 4 rayonda təmirə başlayır - 310 minlik sövdələşmə var
İmamoğlunun ətrafı "daranır" - Daha 18 nəfər həbs olunub
Azərbaycan nefti cüzi bahalaşdı
İsrail Suriyanı vurur, druzlər isə bədəvi ərəbləri qovur - Səhərə yaxın toparlanan ərəblər əks hücuma keçiblər
İsrail Suriyanı yenə bombalayıb
Şimali Kipr Türk Respublikasında şirin su qaynağı tapıldı
Polşa ilə Macarıstan arasında diplomatik gərginlik - Səfir geri çağırıldı, əlaqələr minimuma endirildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyevlə Berdiməhəmmədov Şuşada naharda - FOTOLAR
Ermənilər Bakıda məhkəmədə: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Levon Mnatsakanyan... - FOTOLAR
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu