Yevlaxda toyda dava: 20 yaşlı uşaq 24 yaşlı həmyerlisini öldürülüb

img

10-06-2024 [21:25]


Yevlaxda 24 yaşlı gənc öldürülüb.

Mia.az Yevlax rayon prokurorluğuna istinadla bildirir ki, iyunun 10-da, saat 18 radələrində Yexlax rayonu ərazisində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qətl rayonda şadlıq evlərinin  birində keirilən toyda baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:19 17.10.2024

Sabah yağış yağacaq