Goranboyda avtomobillər toqquşub - 7 nəfər xəsarət alıb

img

10-06-2024 [10:59]


Goranboy rayonunun Rəhimli kəndində iki avtomobil toqquşub, xəsarət alanlar var.

Məlumata görə, "Ford" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai" sürücüsü, 1987-ci il təvəllüdlü Cəsarət Həsənov, 1993-cü il təvəllüdlü Orxan Məmmədli, 1965-ci il təvəllüdlü Mirvari Məmmədova, 1984-cü il təvəllüdlü Leyla Əlizadə və 12, 11, 3 yaşlı uşaqlar xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR