Beyləqanda əməliyyat: keçmiş məhkum tutulub

img

08-06-2024 [10:29]


Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR