Türkiyədə 17 şəhərdə FETÖ-yə qarşı əməliyyat: 72 nəfər qandallanıb

img

06-06-2024 [09:12]


Türkiyədə FETÖ-yə qarşı son 4 gündə 17 şəhərdə əməliyyatlar həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, Ankara, Bingöl, Bitlis, Ədirnə, Elazığ, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Qars, Kayseri, Kırşehir, Konya, Malatya, Muğla, Sakarya və Uşakda FETÖ-yə qarşı aparılan əməliyyatla 72 nəfər tutulub: "Onların FETÖ təşkilatlanmasındakı rolları haqda sənədlər götürülüb".

Nazir daha sonra sərt xəbərdarlıq edib: "FETÖ-çülərə göz açdırmayacağıq. Sevgili millətimizin birliyi və həmrəyliyi üçün təhlükəsizlik güclərimizin üstün səyləri ilə əməliyyatlarımız qətiyyətlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm, millətimizin duaları sizinlədir”.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR