Göygöldə oğurluq edənlər saxlanılıb 

img

05-06-2024 [11:00]


Göygöl rayonunda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Mia.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N. Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:19 17.10.2024

Sabah yağış yağacaq