“Tərtər işi”: təqsirli bilinən şəxslərə hökm oxunub 

img

04-06-2024 [16:10]


Sumqayıt Məhkəmə Kompleksində İyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov isə 6 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR