Bakıda baş məşqçi keçmiş kürəkənini cəzalandırdı
03-06-2024 [15:26]
Xətai Rayon Məhkəməsində Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının baş məşqçisi Alavərdi Culfayevin keçmiş kürəkəninə qarşı şikayətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Culfayev məhkəmədə keçmiş kürəkəni, 1978-ci il təvəllüdlü Fərqan Əlişovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. O, F.Əlişovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.
Bildirilib ki, bir müddət əvvəl Fərqan Əlişov mətbuata açıqlamasında həyat yoldaşından boşanmasında A.Culfayevin rol oynadığını bildirib. O, baş məşqçiyə qarşı bir sıra iddialar səsləndirib və mətbuata müsahibəsində bu ifadələrə yol verib: “2009-cu ildə Culfayevin qızı ilə ailə həyatı qurmuşam. Evliliyimiz 2022-ci ilin iyununa kimi davam edib, iki qızımız var. Qayınatam ailəmizin dağılmasının əsas səbəbkarıdır.
Subay vaxtı Həzi Aslanov metrostansiyası yaxınlığında öz adıma ev almışdım. Evləndikdən sonra ailəmlə orada yaşamağı planlaşdırırdım. Ancaq qayınatam yoldaşımla köçüb dövlətin ona verdiyi evdə yaşamağı təklif etdi. Beləliklə, razılığa gəldik ki, biz ona verilən mənzildə qalaq, qayınatam isə şəxsi evimi kirayə verib pulunu özünə götürsün. Hər ay 380 manat kirayəpulu alırdı”.
F.Əlişov eks-qayınatasını sözügedən evdən təyinatı üzrə istifadə etməməkdə ittiham edib: “Qonşular qayınatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Bundan sonra həmin kirayənişinləri oradan çıxardım və məcburən evi satdım. Satışdan əldə olunan pulla yaşadığımız evə əşyalar alındı, qalan hissəsi isə yoldaşımın borcu var idi, ona verildi. Qayınatamla münasibətlərimiz məhz bundan sonra pozuldu”.
A.Culfayev keçmiş kürəkəninin ona böhtan atdığını, əxlaqsızlıq yuvası saxlama kimi cinayət əməlində ittiham etdiyini deyib.
Xətai Rayon Məhkəməsi F.Əlişovun müsahibəsində təhqir elementinin olmaması qənaətinə gələrək ona 148-ci maddə üzrə bəraət verib. Lakin barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs 147.1 (Böhtan) maddəsi üzrə təqsirli bilinib. Ona 1500 manat cərimə cəzası verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb