Ağcabədidə sensasion olay: 18 yaşlı qızın qaçırılaraq zorlanmasına görə 6 nəfər ağır cəzalandırıldı, həm də...
29-05-2024 [16:28]
2021-ci ildə Ağcabədi rayonunda 18 yaşlı qızı zorla qaçıran 6 nəfərin məhkəməsi nəhayət başa çatıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2000-ci il təvəllüdlü Ramin Allahverdiyev, atası 1968-ci il təvəllüdlü Çərkəz Allahverdiyev, dayısı Ruhid Zeynalov, əmisi oğlu Mütalib Allahverdiyev, əmisi qızı Nərgiz Allahverdiyeva və əmisi oğlunun arvadı Pərvanə Qarayevaya hökm oxunub.
Bildirilib ki, Ramin Allahverdiyev uzaq qohumu olan 2003-cü il təvəllüdlü Röya Tağıyevaya (ad və soyad şərtidir) elçi göndərib. Ailələr ilkin olaraq izdivaca razılaşsa da, sonradan Röyanın ailəsi onların nişanlanmasına qarşı çıxıb və qarşı tərəfə rədd cavabı verilib. Bundan sonra Ramin atası Çərkəz və digər qohumları ilə Röyanı qaçırmaq məqsədilə plan hazırlayıb. Röya Raminin əmisi qızı Nərgiz və digər qohumu ilə bulağa su gətirməyə gedərkən onlar “Vaz” markalı avtomobillə hücum edərək gənc qızı zorla qaçırıblar. Daha sonra Ramin qızı apardığı ünvanda zorlayıb.
Məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini tələb edib. Röya və ailəsi dəymiş zərərə görə Raminə qarşı 1 milyon, digər 5 nəfərin hər birinə qarşı isə yarım milyon manatlıq mülki iddia da qaldırıb.
Məhkəmə prosesi bu ayın 22-də başa çatıb. Ramin Allahverdiyev Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü (Adam oğurluğu və zorlama) maddələri ilə təqsirli bilinib. Ona 13 il həbs cəzası verilib. Raminin atası Çərkəz Allahverdiyev və digər 4 nəfər isə 144.3-cü maddə üzrə təqsirli bilinib. Çərkəzə 11 il 6 ay, Raminin dayısı Ruhidə 10 il 6 ay, əmisi Mütalibə 10 il 6 ay həbs cəzası verilib. Raminin əmisi qızı Nərgiz və əmisi oğlunun arvadı Pərvanəyə isə verilən 10 illik həbs cəzası 2 il müddətinə sınaq təyin edilməklə şərti hesab edilib.
Bundan başqa mülki iddia da təmin edilib. Ramindən 20 min, Çərkəzdən 10 min, Ruhid və Mütalib 2500, Nərgiz və Pərvanənin isə 1000 manat pul məbləğinin tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb