Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-05-2024 [00:06]
Qoç - inadkar və əzmili olun. Maraqlarınız və ya mənafelərinizə zərbə dəyən məqamda emosional davranmayın. "Qisas soyuq yeyilməli təamdır" deyimini unutmayın. Bədxah və rəqibinizə elə bir zərbə vurun ki, uzun müddət özünə gələ bilməsin. Yaxın ətrafınızdakı insanları sizinlə razılaşmağa vadar etməyin.
Maraqlı olan iş uğurla davam edəcək. Prioritetlər dəyişir. Öz vaxtını gözləyən mövzu ön plana çıxa bilər.
Dəyişikliklərdən yayınmayın, yeniliklərdən qorxmayın. Səhvləri bərpa edin, təmaslara və əlaqələrə yenidən nəzər salın. Axşam saatları alış-veriş üçün əlverişlidir.
Buğa - minimal səylərlə nəticəni yaxşılaşdırmağa çalışın. Ən yaxşı nəticə əldə etmək mümkündür. Bilik və bacarıqlarınıza ehtiyac var.
Yaxın ətrayınızdakı insanlar sizə can atırlar.
Yarımçıq işləri başa çatdırmaq, perspektiviniz üçün əhəmiyyət kəsb edən məsələlərlə məşğul olan, gələcəyə çalışmaq üçün əlverişli zamandır.
Alış-veriş edin. Amma bədxərc davranmayın.
Sakit və təmkinli olun.
Axşam saatlarını sizə əziz olan insanların yanında keçirin.
Əkizlər - aktiv və sayıq olun. İndi rahatlanmaq, özünüzü asudə hiss etmək zamanı deyil. Böyük ümidlər bəslədiyiniz işdə problemlər yarana bilər.
Hansısa problemin qarşısını almaq, mənasız gərginliyə yol verməmək, yardıma ehtiyacı olana dəstək vermək imkanınız var. Özünüzün və ya başqalarının səhvini düzəltmək şansınıza maliksiniz.
Emosiyalarınıza imkan verməyin ki, yaşam potensialınıza zərbə vursun. Addım və qərarlarınızda təmkinli olun, sağlam məntiqlə davranın.
Orqanizmin müdafiə sistemi və immunitetdə fəsad yarana bilər. Motivasiyasız addımlar atmayın.
Xərçəng - dünən başladığınız işi bu gün başa vurun. Ev və ailə bu gün ön plandadır. Özünüzü nə qədər rahat və sakit hiss etsəniz, bir o qədər çox iş görəcəksiniz.
Ailə tədbiri qarşılıqlı münasibətlərə xoş təsir edəcək.
Qonaqlar sizi sevindirəcək.
Hövsələsiz olmayın, tələsməyin.
Rejimə riayət edin. Fiziki işlə məşğul olun.
İşlər az deyilsə, əlavə sifariş və ya tapşırığı yerinə yetirməyə can atmayın.
Şir - həddən ziyadə iş görməyə çalışmayın. Belə olarsa, əlavə ideyalar narahatlıq yaradacaq, təlaşa səbəb olacaq.
Şərtlər sizi nahamar yola yönəldərək dar çərçivəyə sala bilər. Yaxın ətrafınızdakı insanların fəaliyyətinə mane olmayın. Sizə əziz insanların yardım istəklərini nəzərə alın.
Səhhətinizin qeydinə qalın, stressə düçar olmayın.
Yaşanan olayları anlamaqda çətinlik çəkmirsiniz. Amma situasiya yanğının söndürülməsi deyil.
Axşam saatlarında anlayacaqsınız ki, çətinliklər geridə qalıb. Rahat istirahət edin.
Qız - ev işləri və ailəvi tədbirlər üçün yaxşı gündür. Yarımçıq qalmış işləri tamamlamaq, çoxdan verilmiş vədi yerinə yetirmək, münaqişəni yoluna qoymaq olar.
Dünən münaqişə və ya mübahisənin olduğu məkanda bu gün sakitlikdir.
Əlaqələr və təmaslarınızın sayı çox olduğu müstəvidə bir-birləri ilə ələqadə olan olaylar sizi maraqlandıra bilər.
Gecikdirdiyiniz məsələlərdə sonrakı tələskənlik bir fayda verməyəcək. Olaylara və ya yarana biləcək hadisəyə diqqətlə hazırlaşın.
Şəxsi münasibətlər müstəvisində stabilləşmə dövrüdür. İddialar və tələblər varsa, onlar üçün əlavə dəlillər tapılacaq.
Tərəzi - hadisələrin intensiv cərəyan etdiyi gündür. Müəyyən situasiyada gərginlik yarana bilər. Başqasının mövqeyini dəyişməyə çalışmayın.
Tam haqlı olsanız da, fikirlərinizi anlada və qəbul etdirə bilməyəcəksiniz. İşgüzar fəaliyyət üçün əlverişli gündür. Çoxlu və keyfiyyətli iş görmək olar. Bütün öhdəlikləri tərəfdaşlar və iş yoldaşları arasında bölüşdürün. Fiziki iş faydalıdır.
Dinamik, aktiv istirahəti seçin. İmkan olarsa, vitaminli qidalanın.
Sevdiyiniz insanın davranışını təhlil etməyə çalışmayın.
Hisslər, həzz, əyləncə ləzzəti barədə düşünməyin. İşgüzar münasibətlərdə ciddi dəyişiklərə əl atmayın.
Əqrəb - həyəcan və narahatlıq vaxtıdır. Hisslər tarıma çəkilə bilər. Bütün diqqəti bir məsələyə yönəltsəniz, təhlükəsizlik hissini itirərək daha önəmli məqamı əldən verə bilərsiniz.
Sizi məqsədə doğru aparacaq işlə məşğul olun, onu tamamlamağa çalışın. Travma, müxtəlif tipli qəza, yaxın ətrafınızdakı insanlardan biri ilə münaqişə istisna deyil. Yaranmış çətinlikləri nəzərə alaraq perspektivləri tərəfdaş, iş yoldaşı və ya şəriklə müzakirə edin. İş çoxdursa, onu paylaşın. Narahatlıq və ya təlaşa səbəb situasiyalarda intuisiyanıza inanın. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin.
Oxatan - diqqət və sayıqlıq tələb olunan gündür. Ətrafınızdakı baş verən hadisələrə fikir verin, situasiyanın dəyişikliklərini müşahidə edin. Emosional baxımdan qeyri-rəvan gündür.
Ciddi dəyişikliklər ehtimalı azdır. Təfərrüatlı, detallı çalışın. İşlə bağlı ünsiyyət olacaq.
Öz arealınızda təkbaşına çalışın. Sizdə qıcıq yaradan insanları həmin areala buraxmayın.
Axşam saatlarında aktiv əyləncə və ya şən məclisə can ata bilərsiniz.
Pozitiv emosiyalara ehtiyacınız var.
Romantik görüşlə bağlı gözləntilər puç ola bilər.
Oğlaq - ev işləri və ailə təmasları üçün yaxşı gündür. Yaşam arealınızın bir hissəsindəki xaosu aradan qaldırmalısınız. Yeniliklərə yer hazırlayın.
İstənilən fiziki aktivlik xeyirlidir.
Dostları qonaq çağırmaq, əylənmək, istirahət etmək olar. İntellekt və biliklərinizi nümayiş etdirin.
Günlə bağlı gözləntiləriniz böyük olmasın. Sadəcə, həyatdan həzz alaraq yaşayın və sevincinizi yaxınlarınızla bölüşün.
Axşam saatlarında gərginlik artacaq. Kimsə ilə münaqişəyə başlamayın.
Dolça - diqqətli və ehtiyatlı olun. Eqoist və subyektiv davranmayın. Ciddi səhvlərə yol verə bilərsiniz. İnformasiya gələrəsə, onu əlavə yoxlamaya və təhlilə məruz qoymayın. Məlumatın mənasını, sizin üçün nə qədər gərək olduğunu dəyərləndirin. Ambisiya və istəklər artır, rəğbət anlamı ön plana çıxır. Sizi nigaran və narahat edən görüş çoxsaylı, qəfil və izafi emosiyalara səbəb ola bilər. Qüvvənizi yeni fəaliyyət sahəsində sınayın. Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür.
Axşam saatlarında situasiya normallaşacaq, ara sakitləşəcək. Evdə qalın, kiçik ev işləri ilə məşğul olun.
Balıqlar - romantizmi praktikliklə birləşdirmək üçün yaxşı vaxtdır. Gördüyünüz işlərin nəticələri sizi razı salmalıdır. Narazılıq yaranarsa, həyatınızda izafi və mənasız küy yarana bilər.
Günün ikinci yarısında faydalı və o qədər də gərəkli olmayan informasiya axını başlanacaq. Axtardığınızı asanlıqla tapa bilərsiniz. Axşam saatları şəxsi münasibətlər zəminindəki hisslər üçün əlverişli vaxtdır. Yaşamınızda yeni insanlar, maraqlar, ideyalar peyda olacaq.
Milli.Az
Nigeriyada helikopter okeana düşüb - Ölənlər var
Minimum əmək haqqı bu qədər qalxır - Türkiyədə
İsrailin 5 əsgəri Livanda həlak olub - 7 yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: iki qırmızı kart və üç qol - “Qarabağ” "Ayaks"a da "boyun əydi" (VİDEO) - Yenilənib
"EuroHome”in sahibinin çoxbaşlı oyunu: kimdən kimə şikayət qəbul olunub? - Azay Möhnətov və oğlu ilə bağlı şok məlumatlar yayıldı
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti
Bakıda Rus Dram Teatrının 85 yaşlı aktyoru arvadı ilə birgə öldürülüb - (Yenilənib)
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Qərb Gürcüstanı itirmək üzrədir, bəs Ukrayna necə olacaq? - TƏHLİL
İlham Əliyevlə Nikol Paşinyan görüşüb - Kazanda sülh sazişi ilə bağlı təlimat verilib (FOTOLAR, YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gözətçi ilə xadimənin nakam sevgisi ölümlə bitdi: əvvəl qızını istədi, daha sonra ... - Sensasiyalı olay
Rayonlarda güclü külək əsəcək - SİYAHI
13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib - SİYAHI
Prezident İlham Əliyev BRİCS+ formatında mühüm mesajlar verdi, Putin razılaşdı - ÇIXIŞIN TAM MƏTNİ (FOTOLAR, Yenilənib)
"Bu, həqiqətən də sülh müqaviləsinə aparan doğru yoldur" - Putindən Bakı ilə İrəvana mesaj
Qırmızı xətlə axtarılan terrorçu zərərsizləşdirilib - FOTO
Bakıda 37 yaşlı qadın ərinin başını əzərək öldürüb - Yenilənib
Temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
Zaha "Qalatasaray"a geri qaytarılır - İntizamsızlığına görə
Ərdoğan Tatarıstandan geri dönüb
Oktyabrın “Ulduz”u
Qəzzada ölənlərin sayı 43 minə çatır
Ərdoğan Kazanda BRİKS-in toplantısında: "Bu alçaq hücum qətiyyətimizi daha da gücləndirdi"
Ankarada zavoda hücum edənlərdən şəxsiyyəti bəlli oldu - Nazir açıqladı (VİDEO, Yenilənib)
Əməkdar artist: "İndi Xankəndidə universitetdə çalışıram"
İctimai Birlik "ABC-Telecom”u məhkəməyə verib
Sumqayıtda müəssisədə partlayış olub - Yaralılar var
İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb - FOTOLAR
Sabah yağış yağacaq
Bu deputatlar Gürcüstana seçkiləri izləməyə gedir - SİYAHI
Azərbaycanda daha bir məhkum həbsdə ölüb
Livanın maşında hərəkət edən hərbçiləri öldürülüb
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib
Ankarada FETÖ əməliyyatı: daha 12 nəfər tutulub
"Azərişıq" ASC-nin işçisini "tok" vuraraq öldürüb
Xətainin icra başçısı söküntüyə 1.3 milyon xərcləyir, tikinti şirkətləri isə... - Qalmaqal (VİDEO)
Yasamalda tarixi bina uçmaq təhlükəsiylə üzləşib - FOTOLAR
Zəngilanda bir ton yabanı çətənə bitkisi məhv edilib