İran prezidenti və XİN başçısı helikopter qəzasında həlak oldular - Türkiyənin "Akıncı" PUA-sı yerlərini tapdı, helikopter tam yanıb (VIDEO, FOTOLAR)
20-05-2024 [08:53]
İran prezidenti və xarici işlər naziri mayın 19-da helikopter qəzasında həlak olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran rəsmisi ölkənin rəsmi xəbər agentliyi İRNA-ya danışıb.
O bildirib ki, helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və yanlarında olan digər rəsmilərin hamısı ölüblər: "Hazırda həlak olanların qalıqları Təbrizə aparılaraq şəxsiyyətləri müəyyən olunur".
Xəbərdə helikopterin dağlıq əraziyə düşdüyü, əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə qruplarının əraziyə çatmaqda çətinlik çəkdiyi bildirilib.
Digər tərəfdən, onlarınyerinn Türkiyənin "AKINCI" İHA tərəfindən tapıldığı, helikopterin və işindəki hər kəsin tamamilə yandığı bəlli olub.
***
"Prezident İbrahim Rəisinin içində olduğu helikopterin yeri müəyyən edilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İran dövlət televiziyası İnqilab Keşikçiləri Komandanlığına (SEPAH) istinadla yayıb.
İranın rəsmi xəbər agentliyi İRNA da Şərqi Azərbaycan üzrə İnqilabı Keşikçilər Komandanlığının açıqlamasını yayıb.
Açıqlamaya görə, qəza yerində olan helikopter və ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub və əraziyə əsgərlər göndərilib.
***
Prezident İbrahim Rəisini daşıyan helikopterin tapılması üçün bütün vasitələr səfərbər edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri açıqlama verib.
O bildirib ki, helikopterin tapılması və xilasetmə işlərinin aparılması üçün İran Ordusu və İran İnqilabı Keşikçiləri Korpusunun bütün imkanları və avadanlıqlarından istifadə olunur.
***
İran lideri Ayətullah Əli Xamenei İbrahim Rəisi və digər rəsmilərin olduğu helikopter qəzası ilə bağlı təcili iclas çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Təhlükəsizlik Şurasının fövqəladə iclasında qəza və onunla bağlı son vəziyyət müzakirə olunub.
Qeyd edək ki, İran telekanalı Rəisnin sağ olduğunu və Təbrizə getdiyini iddia etsə də, rəsmilər bu barədə hələlik heç nə deməyib.
Rəsinin özü də indiyədək açıqlama verməyib. Bu səbəbdən dünya müəmmalı vəziyyətlə bağlı rəsmi xəbər gözləyir.
***
İran prezidenti İbrahim Rəisinin olduğu helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilər də olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Abdullahiyanla yanaşı, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbriz cüməsi İmam Ayətullah Əli Haşim dəə helikopterdə olub.
Qeyd olunub ki, İran prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən hava şəraiti səbəbindən çətin eniş edib.
***
İran prezidenti İbrahim Rəisinin karvanında olan helikopterlərdən biri bu gün Xudəfərindəki açılışdan sonra geri dönərkən qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, bu gün Azərbaycanla sərhəddə hidroqovşağın açılışından geri qayıdan Rəisinin olduğu helikopter dumanlı və küləkli hava şəraitinə görə yerə qəzalı eniş edib.
Dövlət televiziyası Reisi daşıyan helikopterin sərt eniş etdiyini və qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.
Fars Xəbər Agentliyi isə bildirib ki, prezident İbrahim Rəisi salamatdır və o, quru yolu ilə Təbrizə gedib.
İranın Şərqi Azərbaycan Valiliyi Prezident Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı mümkün ölən və yaralananlar barədə hələlik məlumat verə bilməyəcəyini deyib.
***
İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, prezident İbrahim Rəisini daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etmək məcburiyyətində qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, xilasetmə qruplarının hələlik bölgəyə çata bilmədiyini də sözlərinə əlavə edib.
Vahidi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə sərhədində bəndin açılışında iştirak edən prezident Rəisinin helikopter karvanı geri dönərkən pis hava şəraiti səbəbindən qəzaya uğrayıb:"Prezidenti daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etməli olub. Xilasetmə qrupları bölgəyə göndərilib, lakin bölgənin dumanlı və əlverişsiz təbiəti səbəbindən helikopterə çatmaq üçün vaxt lazım ola bilər".
Şərqi Azərbaycan valisinin müavini Cebbarali Zakiri İran prezidenti İbrahim Rəisinin konvoyunda olan 3 helikopterdən birinin qəzaya uğradığını təsdiqləyib: "Hələ hadisə yerinə çatmamışam. Mümkün yaralılar və onların sayı ilə bağlı heç nə deyə bilmərəm. Hadisənin necə baş verdiyini bilmirəm".
İran Qırmızı Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, qəzanın Kəleyber və Verziqan arasında olduğu və qəzanın baş verdiyi ərazinin İHA-larla skan edildiyi bildirilib.
Samir MUSAYEV
MİA.AZ
Daha 1513 nəfər taksi sürücüsü olmaq istəyir - İmtahan olacaq
“Qarabağ” Riçard Almeyda ilə vidalaşdı
Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Ramiz Mehdiyevlə əlaqə, Həştərxana qədər uzanan böyük biznes və...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi... - Prezident İlham Əliyev Sazişi təsdiq edib
Somali prezidenti Azərbaycana gəlir
Ərdoğan böyük heyətlə İndoneziyaya səfər edib - FOTO
Prezident İlham Əliyev fərman imzalayıb
Azərbaycanda yeni medal təsis ediləcək
Qəzzada daha 11 nəfərin cəsədi tapılıb
SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub
VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI - Prokurorluq açıqlama yaydı
“Google” əməkdaşı məktəblilərimizə master klass keçdi
Dövlətə məxsus maşınlar hərracda satılıb
Bakı, Sumqayıt və Abşeronda dələduzluq edən şəxslər saxlanılıb
Hikmət Hacıyev: “Salam, Xankəndi!” - VİDEO
"MƏNƏ QƏSD ETMƏK İSTƏYƏNDƏN ŞİKAYƏTÇİ DEYİLƏM" - Taleh Qaraşov məhkəmədə dindiriləcək
Donald Tramp HƏMAS-a konkret vaxt verdi, iki ölkəni açıq şəkildə hədələdi: "İnanın, əsl qiyamət qopacaq"
SABİQ NAZİRİN QAYNI HAQDA ŞOK FAKTLAR YAYILDI - Rusiya vətəndaşı ola-ola... (FOTOLAR)
Ağdamda Fərhadın heykəli bərpa olunur
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda məktəblər bağlanıb - Qara görə
Dövlət Agentliyi sədrinə yeni müavin təyin edilib
Dövət Sərhəd Xidmətinin hərbçisi faciəli şəkildə ölüb
"Tamstore"də vaxtı keçmiş məhsullar satılır - FOTOLAR
"Qobu Park-2" yaşayış massivində içməli su problemi yaranıb
Fəxri adların verilməsi dayandırılıb
“Yeni Malatyaspor” indidən 2-ci liqaya yuvarlanıb
Bakıda restoranın kassası soyulub
Dövlət Xidməti unun qiymətini açıqladı
Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xameneyiyə məktubu göndərib: "Biz bu təməllər üzərində qurulmuş..."
Harutyunyan, Qukasyan, Manukyan, Babayan, Mnatsakanyan... - Onlar Bakıda yenidən hakim qarşısına çıxarılıb
İlham Əliyev İran prezidentinə məktub göndərdi - MƏTN
XİN-dən Paşinyanın iddialarına cavab verildi: "Bu, Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir və..."
Ölkəmizə gətirilən 47 tondan çox kartof yararsız çıxdı
Ramiz Mehdiyevdən haqqındakı casus ittihamına reaksiya: "Axmaq-axmaq söhbətlər yayırlar"
8 rayondan olan sahibkar xaricə 33 milyon dollar çıxaırb - Prokurorluq geri qaytarılmasını təmin edib
Bələdiyyə sədrinin müavinləri və üzvləri saxlanıldı - İstanbulda