Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
18-05-2024 [13:16]
Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir A.Şaiq adına 54 saylı tam orta məktəbdə keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Vuqar Ağayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RPİ-nin rəisi sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov çıxış edərək bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.
Digər tədbir iştirakçıları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırış etmişlər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Millimiz Moldovaya qalib gəlib
Ləmbəranskidən boşalan vəzifəyə təyinat olub
Lənkəranda avtomobil aşıb, 5 nəfər xəsarət alıb (YENİLƏNİB)
Prezident İlham Əliyev Kahramanmaraşda - "Azərbaycan" məhəlləsinin açılışı oldu (YENİLƏNİB)
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əli Əsədov bp şirkətinin baş icraçı direktoru görüşüb
İranın xarici işlər naziri Türkiyəyə gəlir
Bolqarıstanın İrandakı səfirliyini Bakıya köçürüb
Ulduz” jurnalının iyun sayı işıq üzü görüb
Yəhudilər qayıqla Kiprə qaçır? - “The Tehran Times” “İsrailin hücumu nədən gözlənilməz oldu”, sualına cavab verir
Almaniya İsrailə 4 milyon avroluq silah göndərəcək
ERMƏNİ GENERAL BAKIDA HAKİM QARŞISINDA - Manukyan prokurorun suallarını cavablandırıb
İran mediası: "İsrailin komandanlıq və kəşfiyyat qərargahı vurulub"
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
Sabahın hava proqnozu açıqlandı
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
YENİ KOMİSSİYA YARADILDI - Əli Əsədov sədr, onlar üzv oldu (SİYAHI)
"Hafka" kirayədə qalır - Bütün əmlakını satıb
Sumqayıtda fabrikdə yanğın olub
Çimərliklərdə monitorinqlər aparılıb
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İRAN TEL-ƏVİVİ ELƏ RAKETLƏRLƏ VURDU Kİ... - FOTO
Yaponiyada güclü zəlzələ - 6,1 bal gücündə
İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Mahir Emrelinin yeni klubu bəlli olub
Dilan Polatın şəxsi mühafizəçisi güllələnib - "Üç deyil, 7 güllə sıxılıb, yaxşı baxsınlar"
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi vəfat edib
İsrail qırıcıları İranı yenidən vurdu, Tehrandan cavab gecikmədi - Müharibə davam edir
Süni intellektlə mənə göz vuran Mono Liza... - Təbriz VƏFALI YAZIR
ABŞ-ın ağır bombardmançı təyyarələri İrana hücuma hazırlaşır - "Atəşkəs deyil, zəfər gözləyirəm"
“Yırtıcı Sərçə” İran birjasından 90 milyon dollar oğurlayıb - "Sepah"ı təhqir edən hesabda bu qədər pul "yandırılıb"
Xəzər dənizində zəlzələ baş verib
Putin: "Bu məsələ lham Əliyev tərəfindən qaldırılıb və mən..." - "Geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır"
İran XİN: "Omana ABŞ-la danışıq üçün heyəti göndərilməyib"
İranın BMT-dəki rəsmisi Trampı "yalançı" adlandırdı: "Heç kim Ağ Evin qapısına getməyib, mərhəmət diləməyib"
İranın Atom Enerjisi Təşkilatı: "Nüvə obyektləri əla vəziyyətdədir"
İordan çayının qərb sahilində 60 fələstinlini həbs olunub