Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
17-05-2024 [17:25]
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46169 nəfərdən 469 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 16 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib:
1. Hümbətli Aysel İsmayıl (Ağdam rayonu, 1 saylı orta məktəb)
2. Qasımov Məhəmməd Ceyhun (Bakı şəhəri, 70 saylı məktəb-lisey)
3. Şəkixanlı Rəşid İmruz (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey)
4. Məmmədli Nuray Azər (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey)
5. Quliyev Murad Elməddin (Bərdə rayonu, Texniki təmayüllü məktəb-lisey - Ak Z.Əliyeva adına)
6. Şükür Aysel Tale (Göyçay rayonu, 1 saylı şəhər orta məktəbi -R.Rza adına)
7. Adıyev Sənan Vidadi (Naxçıvan MR Şərur ray., Fizika-Riyaziyyat təmayüllü lisey)
8. Cabbarlı Ərsadiq İlham (Naxçıvan şəhəri, 12 saylı orta məktəb -A.Cəlilov adına)
9. Abdullayeva Alsu Əli (Naxçıvan şəhəri, 5 saylı orta məktəb -H.Cavid adına)
10. Aslanova Gülay İlkin (Naxçıvan şəhəri, 7 saylı orta məktəb -E.Sultanov adına)
11. Cəfərov Uğur Nadir (Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəb (2007-2008-ci tədris ilinə qədər H.Əliyev adına lisey olub)
12. Mehdiyev Məhəmməd Abbasəli (Sumqayıt şəhəri, 35 saylı orta məktəb (əvvəlki Sumqayıt Şərq liseyi)
13. Kərimova Məsumə Rafayil (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya )
14. Əliyeva Aysunur Əkbər (Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi)
15. Qasımov Əli Rəşad (Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi)
16. Həsənli Xumar Ceyhun (Tərtər rayonu, 6 saylı şəhər orta məktəbi -R.Nuriyev adına)
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 may saat 10:00-dan 23 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - Prezident Xocalıda sakinlərlə bir arada + FOTOLAR (YENİLƏNİB)
Türkiyənin ən güclü partiyası - SORĞU
DİM məlumat yayıb
"Beşiktaş" Kerem Aktürkoğluyu transferə hazırlaşır - İki oyunçu və pul təklif olunub
"Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
“Xəzər TV”yə xəbərdarlıq olunub
İngiltərədə məscidin önünə siçovul buraxan şəxs cəzalandırıldı
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
Səbailin bir hissəsində işıq olmayacaq
Rusiyalı deputatlardan tələb: ""WhatsApp” bloklansın!" - Daha bir sosial media qapadılır
Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir
Prezident İlham Əliyev Qiyaslı kəndindəki tarixi məsciddə - FOTOLAR
"E-manat" bağlanır? - Lisenziya məhdudlaşdırıldı
İlham Əliyev Ağdamda: məktəb binasının açılışı oldu - FOTOLAR
Prezident İlham Əliyev Ağdamda müəssisəsinin açılışında - FOTOLALR
Sabah hava necə olacaq? - Proqnoz
SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)
Bağçalara uşaq qəbulu başlayıb
Rəqsanə: "Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol" - "Mənim borclarımı bağladı, mənə ev və maşın aldı"
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılıb
Ələsgər Məmmədlinin səhhəti pisləşib - Tanınmış şəxslər Prezident İlham Əliyevə müraciət edib
Trampın səhhətində problem yaranıb - Xroniki venoz çatışmazlığı diaqnozu nədir? (FOTO)
Dövlət Xidməti 4 rayonda təmirə başlayır - 310 minlik sövdələşmə var
İmamoğlunun ətrafı "daranır" - Daha 18 nəfər həbs olunub
Azərbaycan nefti cüzi bahalaşdı
İsrail Suriyanı vurur, druzlər isə bədəvi ərəbləri qovur - Səhərə yaxın toparlanan ərəblər əks hücuma keçiblər
İsrail Suriyanı yenə bombalayıb
Şimali Kipr Türk Respublikasında şirin su qaynağı tapıldı
Polşa ilə Macarıstan arasında diplomatik gərginlik - Səfir geri çağırıldı, əlaqələr minimuma endirildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyevlə Berdiməhəmmədov Şuşada naharda - FOTOLAR
Ermənilər Bakıda məhkəmədə: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Levon Mnatsakanyan... - FOTOLAR
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu
Laçın meşəliyində yanğən: Sus kənd sakini olan 3 nəfər saxlanıldı - Rəsmi məlumat yayıldı (Yenilənib)
"İsrailin təcavüzü bütün bölgəyə təhlükə yaradır" - Ərdoğan Əhməd Şara ilə müzakirə aparıb
"Rizespor" Ali Sou ilə müqaviləni yeniləyib