Niyə pensiya deyil, müavinət verilir? - MARAQLI FAKTLAR
16-05-2024 [17:38]
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə müavinət təyin olunub.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb.
Son 7 ildə isə yaşa görə müavinət alanların sayı 4,1 dəfə artıb.
Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 aprel 2018-ci il – 36 min 167 nəfər (aylıq müavinət 73 manat)
1 aprel 2019-cu il – 60 min 485 nəfər (73 manat)
1 aprel 2020-ci il – 94 min 18 nəfər (130 manat)
1 aprel 2021-ci il – 103 min 20 nəfər (130 manat)
1 aprel 2022-ci il – 119 min 247 nəfər (180 manat)
1 aprel 2023-cü il – 132 min 640 nəfər (220 manat)
1 aprel 2024-cü il – 148 min 793 nəfər (220 manat)
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır.
Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin 490,7 manat təşkil etdiyi göstərilir. Bu isə o deməkdir ki, pensiya yaşına çatan, lakin pensiya ala bilməyən şəxslərə verilən müavinətin məbləği orta pensiya məbləğindən 2,2 dəfə azdır.
Xatırladaq ki, hazırda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 7 il əvvəl 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Sahil Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra Azərbaycanda pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərin sayı sürətlə artmağa başlayıb.
"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinlə görüş haqda açıqlama: "Müharibəyə son qoymaq üçün danışıqlara başlayacaq"
Baş nazir: "Bu ölkəyə "Eurovision"da qadağa qoyulmalıdır"
PUTİİNLƏ TRAMPIN 2 SAATDAN ÇOX ÇƏKƏN TELEFON DANIŞIĞI... - İlk açıqlama gəldi (Yenilənib)
Tramp bu ölkəyə güc tətbiq edə bilər - Ağ Evdən açıqlama
BAKIDA SENSASİYALI MƏHKƏMƏ PROSESİ: onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verilib
ZAKİR HƏSƏNOV İSRAİLƏ NİYƏ GEDİB? - Görüş + Müzakirə (FOTOLAR)
Şirvan və Hacıqabulda qaz olmayacaq
“Avroviziya-2025”: Azərbaycanın İsrailə 12 xal verməsi... - TƏHLİL
Keçmiş nazirin ölkədən çıxışı məhdudlaşdırılıb - Vergi borcu var
Saleh Səmədovun oğlu da vəzifədən çıxarılıb - İcra başçısı əmr verdi
Məhkəmə-Hüquq Şurasının yubiley medalı təsis olunacaq
Bako Sahakyan günahını etiraf etdi - Məhkəmə prosesi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Rəis könüllü vəzifədən getdi, aparat rəhbəri isə...
Zahid Oruc: "Ortaq bir qiymət tarifi yoxdur"
Petrosyanın çıxışı məhkəmədə dinlədildi: "Bir məqamı da qeyd etməyə bilmərəm ki..."
Rəis vəzifədən çıxarılıb
Cəlilabadda polis əməliyyatı: iki nəfər tutulub
"Toplum TV"nin əməkdaşları hakim qarşısına çıxarıldı
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Prezident hərbi xidmətlə bağlı sərəncam imzaladı
Azərbaycan və İran hərbçilərinin birgə təlimdə - VİDEO
DTX-dən SENSASİYALI ƏMƏLİYYAT - Açıqlama + VİDEO
Sabahın hava proqnozu açıqlandı
"Veysəloğlu Şirkətlər Qrupu"nun rəsmiləri Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTO
Karlen İskəndərova şərti cəza verildi - Şikayətçilər kimlərdir?
"Mənə deyirdilər ki, o boyda anan var idi, niyə gəlib-getmirdi?" - Məşhur aktrisanın oğlu
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb
Türkiyə-ABŞ-Suriya İşçi Qrupunun toplantısının yeri bilindi
Sahibə Qafarova İspaniyaya yollanıb
Dövlət İmtahan Mərkəzi qəbulla bağlı xəbərdarlıq yayıb
Qarabağda daha 1291.8 hektar ərazi minalardan təmizlənib
Rasim Balayev: "Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır” - "Anası prokuror olub, yaxşı yaşayıblar"
Bakıda gecə leysan yağacaq - Xəbərdarlıq
Rıza Çalımbayın komandası super liqanı tərk edib
Daxili İşlər Nazirliyi bank kartı olanlara xəbərdarlıq edib
"Tanışla, tapşırıqla uğur olmur vallah"
Məktəb direktoru 1000 manat cərimələnib
“Space” TV-nin direktoruna ağır itki üz verib
Zelenski Trampa məktub göndərib
Bakının bu ərazisini tez-tez su basır - VİDEO