MİT İraqda daha bir əməliyyat keçirib - İki terrorçu zərərsizləşdirilib

img

16-05-2024 [10:00]


Türkiyə kəşfiyyatı (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla Türkiyənin bölgədəki hərbi bazalarına hücuma hazırlaşan PKK/KCK terrorçuları  “Tufan Koçer” kod adlı Əhməd Bayar və “Mervan Zerevan” kod adlı Əhməd İbrahim Əl Əhməd zərərsizləşdirilib.

Məlumata görə, “Tufan Koçer” kod adlı terrorçu 2012-ci ildə terror təşkilatı PKK-ya qoşulub, keçmişdə Suriyada fəaliyyət göstərib və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi olub. “Mervan Zerevan” kod adlı suriyalı terrorçu isə 2014-cü ildə terror təşkilatı PKK-ya qoşulub. Onun Qəndildə sui-qəsd təlimi aldığı öyrənilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:06 24.10.2024

Oktyabrın “Ulduz”u

12:22 24.10.2024

Sabah yağış yağacaq