Sinqapurun baş naziri 20 illik hakimiyyətindən əl çəkib 

img

15-05-2024 [17:32]


Cənub-Şərqi Asiya ölkəsi Sinqapurda baş nazir Li Hsien Loong bu gün 20 illik səlahiyyət müddətini başa vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 2004-cü ildən bəri çalışdığı baş nazir postunu öz partiyasından olan baş nazirin müavini və maliyyə naziri Lourens Vonqa təhvil verəcəyini elan edib.

Qeyd edək ki, inkişaf etmiş və sabit iqtisadiyyatı ilə Cənub-Şərqi Asiyanın ən mühüm ticarət və maliyyə mərkəzlərindən biri olan ölkənin uğur hekayəsini Sinqapurun qurucu lideri və ilk baş nazir Li Kuan Yu-nun oğlu Li Lider oliub.

2004-cü ildə Sinqapurun ümumi daxili məhsulu 194 milyard Sinqapur dolları (təxminən 142 milyard dollar) olub. Li Hsien hökumətin başına keçdikdən sonra bu rəqəm 439 milyard dolları keçib.

2023-cü il hesablamalarına görə, təxminən 5,9 milyon əhalisi olan ada ölkədə adambaşına düşən aylıq gəlir 3780 dollara çatıb. 

Li Hsien Loong Sinqapurun qurucu lideri olan atası Li Kuan Yu və onun müavini Qo Çok Tonqdan sonra ölkənin üçüncü baş naziri idi.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq