Bir il əvvəl yoxa çıxan məşhur iqtisadçıdan xəbər var - Kəllə və sümük parçaları tapılıb
14-05-2024 [19:16]
Türkiyənin Balıkəsir şəhərində sıx meşəlik ərazidə ötən il yoxa çıxan 83 yaşlı məşhur iqtisadçı Korhan Berzeqdən xəbər var.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən ay keçilməz bir meşəlik ərazidə Korhan Berzeqə aid olduğu ehtimal edilən kəllə və sümük parçaları tapılıb. Və onlar ekspertizaya verilib.
Məlumata görə, bu gün ekspertiazanın nəticələri açıqlanıb. Bəlli olub ki, kəllə sümüyü və digər sümüklər məşhur iqtisadçıya aiddir: "İndi istintaq onun belə parçalanması ilə yanaşı, cəsədinin necə yoxa çıxmasını araşdırır".
Xatırladaq ki, 17 iyun 2023-cü il tarixində Korhan Berzeq "Tina" adlı iti ilə səhər tezdən Balıkesirə bağlı Armutlu rayonundakı evindən yürüşə çıxıb. Həmin gündən ondan xəbər alına bilməyib. İti isə bir müddət sonra geri dönüb. O vaxtdan meşəllk ərazi dronların və xüsusi itlərin dəstəyi ilə geniş çapda aransa da, iqtisadçıdan izə rast gəlinməyib.
Bu ilin aprelin 23-də Armutludan təxminən 3,5 kilometr aralıda məhəllə sakinləri tərəfindən sümüklər, paltar parçaları, iqtisadçıya aid şəxsiyyət vəsiqələri və bank kartları aşkar edilərək polisə məlumat verilib. Bundan sonra Korhan Berzeqin həyat yoldaşı Angela və qızı Nisa Berzeq Gönenə gələrək DNT nümunələri veriblər və bu nümunələr laboratoriya analizləri üçün İstanbula göndərilib...
İstintaq eyni zamanda, bu sadalananların həmin yerə necə atılmasını araşdırır. İddiaya görə, qeyd olunan ərazi dəfələrlə xüsusi vasitələrlə axtarılıb.
Xatırladaq ki, Berzeq uzun illər Dünya Bankında və ABŞ-ın bir çox maliyyə institutlarında yüksək vəzifələr tutub. O, dünyanın peşəkar maliyyəçilərindən sayılır.
Firudin Səfərli
MİA.AZ
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb