Dövlət Xidmətinin Çağırış şöbəsinin baş zabitinin cinayət işi məhkəməyə göndərilib
13-05-2024 [16:08]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Nəbiyev Hümbət Nizami oğlu və vətəndaş Əsgərov Xəlil Ənvər oğlunun hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol vermələri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işlərinin istintaqı yekunlaşıb.
Mia.z xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istintaqla Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində təkrarən külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Digər cinayət işi üzrə isə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin müəyyən hissəsini qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.
Hər iki cinayət işi üzrə toplanmış sübutlar əsasında Hümbət Nəbiyevə Cinayət Məcəlləsinin rüşvət alma təkrar və külli miqdarda törədildikdə maddələri ilə ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Xəlil Əsgərova isə həmin Məcəlləsinin vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb