Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib

img

07-05-2024 [15:50]


Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

Məlumata görə, ötən gecə DİN əməkdaşları rayonda narkotik əməliyyatı keçirib.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Salmanov Samid Şakir oğlu olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

Neftçalada mədrəsədə çalışırmış.

Axund Samidə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib(Bakupost.az)

***

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az -a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR