“Daltonlar” mafiyasına qarşı növbəti əməliyyat keçirilib, saxlanılanlar var

img

30-04-2024 [12:53]


İstanbul polisin "Daltonlar" kimi tanınan cinayət təşkilatına qarşı daha bir əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, maşın oğurluqları ilə bağlı açılan cinayət işi üzrə izə düşən polis İstanbulun Beylikdüzündə şəbəkənin mərkəz kimi istifadə etdiyi evə basqın edib: "Basqın zamanı evdən qanunsuz siilahlar və oğurlanan maşınların açarları tapılıb. Evdə olan şübhəlilərdən İ.Ü adlı şəxs ikinci mərtəbədən atlayaraq qaçmaq istəyərkən yaxalanıb. Digər şübhəlilər F.A, S.A. və uşaq M.A. və F. D qeyd olunan ünvanda saxlanılıb. İstintaq çərçivəsində bu şəbəkənin Avcılar və Esenyurtda təsbit edilən "hücrə"lərinə də basqın olunub v ə burada da M.U, U.G, Y.A, E.E, M.Y, H.A.G, D.B. və Ö.Y. adlı şete üzvəri qandallanıb. Ümumilikdə 13 nəfər tutulub. Onların arasında yetkinlik yaşına çatmayan 2 nəfər və bir qadın da var...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR