Zaqatalada çayxana sahibi blçaqlanıb

img

28-04-2024 [09:56]


Zaqatalada çayxana sahibi blçaqlanıb.

Hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb.

Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır/Report.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR