Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
18-04-2024 [17:25]
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.
Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
"MKT İstehsalat Kommersiya" MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.
Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, "MKT İstehsalat Kommersiya" MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.
Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti - "Baku İnternational Tabacco"nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
"Ankaragücü" Mustafa Dalcı ilə anlaşdı - 6 aylıq
PA rəhbəri məmurları Xankəndi şəhərinə topladı: iclasda nələr müzakirə edilib? + FOTOLAR
Yaqub Eyyubov Somali prezidentini qarşıladı - FOTOLAR
Daha 1513 nəfər taksi sürücüsü olmaq istəyir - İmtahan olacaq
“Qarabağ” Riçard Almeyda ilə vidalaşdı
Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Ramiz Mehdiyevlə əlaqə, Həştərxana qədər uzanan böyük biznes və...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi... - Prezident İlham Əliyev Sazişi təsdiq edib
Ərdoğan böyük heyətlə İndoneziyaya səfər edib - FOTO
Prezident İlham Əliyev fərman imzalayıb
Azərbaycanda yeni medal təsis ediləcək
Qəzzada daha 11 nəfərin cəsədi tapılıb
SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub
VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI - Prokurorluq açıqlama yaydı
“Google” əməkdaşı məktəblilərimizə master klass keçdi
Dövlətə məxsus maşınlar hərracda satılıb
Bakı, Sumqayıt və Abşeronda dələduzluq edən şəxslər saxlanılıb
Hikmət Hacıyev: “Salam, Xankəndi!” - VİDEO
"MƏNƏ QƏSD ETMƏK İSTƏYƏNDƏN ŞİKAYƏTÇİ DEYİLƏM" - Taleh Qaraşov məhkəmədə dindiriləcək
Donald Tramp HƏMAS-a konkret vaxt verdi, iki ölkəni açıq şəkildə hədələdi: "İnanın, əsl qiyamət qopacaq"
SABİQ NAZİRİN QAYNI HAQDA ŞOK FAKTLAR YAYILDI - Rusiya vətəndaşı ola-ola... (FOTOLAR)
Ağdamda Fərhadın heykəli bərpa olunur
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda məktəblər bağlanıb - Qara görə
Dövlət Agentliyi sədrinə yeni müavin təyin edilib
Dövət Sərhəd Xidmətinin hərbçisi faciəli şəkildə ölüb
"Tamstore"də vaxtı keçmiş məhsullar satılır - FOTOLAR
"Qobu Park-2" yaşayış massivində içməli su problemi yaranıb
Fəxri adların verilməsi dayandırılıb
“Yeni Malatyaspor” indidən 2-ci liqaya yuvarlanıb
Bakıda restoranın kassası soyulub
Dövlət Xidməti unun qiymətini açıqladı
Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xameneyiyə məktubu göndərib: "Biz bu təməllər üzərində qurulmuş..."
Harutyunyan, Qukasyan, Manukyan, Babayan, Mnatsakanyan... - Onlar Bakıda yenidən hakim qarşısına çıxarılıb
İlham Əliyev İran prezidentinə məktub göndərdi - MƏTN
XİN-dən Paşinyanın iddialarına cavab verildi: "Bu, Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir və..."
Ölkəmizə gətirilən 47 tondan çox kartof yararsız çıxdı