Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"

img

29-03-2024 [17:11]


"Dünya yeni müharibə dövrünə qədəm qoyduğunu qəbullanmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Polşanın baş naziri Donald Tusk deyib.

O bildirib ki, İkinci Dünya Müharibəsindən sonra dünya ən kritik dövrə daxil olub: "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq. Heç kəsi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə deyil. Bu ,realdır və əslində, iki il əvvəl başlamışdır. Hazırda ən narahatedici şey sözün əsl mənasında dəhşətli müharibə ssenarisinin mümkünlüyüdür. Bəli, biz artıq yeni dünya müharibəsi dövrünə qədəm qoymuşuq. Yeni dövrün gəlişinə zehni olaraq hazırlaşmalıyıq".

Baş nazir Ukraynadakı vəziyyətə toxunaraq qeyd edib ki, indi orada bir il əvvələ nisbətən vəziyyət çox çətindir: "Ancaq müharibənin əvvəlinə nəzərən isə qat-qat yaxşıdır. Bizim əsas vəzifəmiz Ukraynanı Rusiya işğalından qorumaqdır..".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR