18-06-2014 [22:14]
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Məmməd oğlu Əhmədovun məhkəmə prosesi yekunlaşıb.
Modern.azsaytınınVirtualaz.org-a istinadənverdiyiməlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçən prosesdə A.Əhmədov məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəllər məhkumluq həyatı yaşayan A.Əhmədov 2013-cü il, mayın 2-də tanışı Vəliyev Asif Nəbi oğlu ilə əlbir olaraq Ə.Haqverdiyev küçəsindəki valyutadəyişmə məntəqəsinin qarşısında dayanan Azər Həsənova məxsus "Hundai Sonata” markalı, 90 VX 014 nömrəli avtomobili izləyiblər. Onlar Badamdar qəsəbəsi, 24 saylı binanın qarşısında maşını saxlayan A.Həsənovun binaya daxil olmasından istifadə edərək avtomobilin qabaq şüşəsini sındırıb salonda olan 2500 manatı götürüblər.
Başlanğıcın "uğurlu” alındığını görən dostlar cəmisi iki gündən sonra növbəti əməliyyata baş vurublar. Eyni qayda ilə bu dəfə valyutadəyişmə məntəqəsinin qarşısındakı Fərid Abbasova məxsus "Audi Q-7” markalı, 10 VE 101 dövlət nömrə nişanlı avtomobili Novxanı bağlarına kimi izləyiblər. Avtomobil sahibinin maşını küçədə saxlayaraq bağ evinə daxil olduğunu görüncə fürsəti əldən verməyiblər. Dərhal avtomobilin sol qapısının şüşəsini sındıraraq 40000 dollar və 24000 manat pulu oğurlayaraq hadisə yerindən qaçıblar.
Bununla da A.Həsənov barəsində CM-in 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hadisədən bir gün sonra A.Əhmədov həbs olunub. A.Vəliyev isə istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Amma bu, o qədər də uzun sürməyib.
Cinayətin əsas təşkilatçısı və iştirakçısı olan Asif Vəliyev kimdir?
İstintaq materiallarında yazıldığına görə, əslən Qazax rayonunun Aşağı Əskipara kəndindən olan 1980-cı il təvəllüdlü Asif Vəliyev xalq artisti, aktrisa Məleykə Əsədovanın keçmiş nişanlısı olub. Özünü dindar, mömin iş adamı kimi təqdim edən A.Vəliyev xalq artistini də asanlıqla aldatmağı bacarıb. Bu haqda bir qədər sonra...
Sözügedən cinayət hadisəsindın sonra A.Vəliyev barəsində beynəlxalq axtarış elan edilib. O, 2013-cü il, iyunun 23-də Gürcüstan Respublikasında saxlanılaraq Tiflis Şəhər Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Azərbaycana ekstradisiya olunana qədər orada saxlanılıb. 2014-cü il, fevral ayının 11-də Azərbaycana gətirilib.
Aldadılanlar arasında dostlar da var
İstintaqla o da müəyyən olunub ki, A.Vəliyev 2011-ci ilin aprel ayında Abbas Kərimov adlı bir nəfərə Dövlət Neft Şirkətinə sürücü düzəldəcəyini vəd edərək onun 2300 manat pulunu mənimsəyib. Elə həmin ilin noyabr ayında Lalə Babayeva adlı qadına Türkiyədən avtomobil gətirəcəyini vəd edərək onun 8000 manatını dələduzluq yolu ilə mənimsəyib.
Təqsirləndirilən şəxs qismində dindirilən A.Əhmədov istintaqa ifadəsində Asif Vəliyevlə dost olduqlarını göstərib: "Asiflə həm tanışıq, həm də qonşuyuq. Ötən il may ayının 2-də Asifin xahişi ilə idarə etdiyim taksi ilə onların evinin qarşısına gəldim. Asif maşına əyləşəndən sonra dedi ki, bir nəfər var, hər gün "Kaspar” xəstəxanası ilə üzbəüz valyutadəyişmə məntəqəsində pul dəyişir, əlindəki sellofan torbanı da özü ilə Badamdardakı ofisə gətirir. Həmin şəxsi izləməyi, pulunu götürməyi, sonra yarı bölməyimizi təklif etdi. Razılaşdım.
Asifin dediyi yerə gəldik. Avtomobil sahibini izlədik, həmin şəxs maşından düşüb binaya girən kimi Asif maşının şüşəsini sındırıb pulları götürdü.
Yolda pulları saydı, 25 ədəd yüzlük idi. Asif mənə "bu pulun yarısını sənə verə bilməyəcəm, bir dost kimi məni bağışla, çünkü qumarda uduzmuşam, pulları həmin şəxsə verməliyəm” dedi. Cavab verməyə söz tapmadım. Asif maşından düşüb uzaqlaşdı”.
Xalq artistinə olan xeyli borc, dələduzluq, həbsxana həyatı...
A.Əhmədovun istintaqa ifadəsindən: "Asif Vəliyev xalq artisti Məleykə Əsədova ilə 2012-ci ilin əvvəlində tanış olmuşdu, hətta onun evinə köçərək orada yaşayırdı. Asif özünü ona imkanlı iş adamı kimi təqdim etmişdi. Hətta iş qurmaq, biznes adı ilə ondan 400 min manat borc da almışdı. Məleykənin tapşırığı ilə Asif 200 min manatı mənimlə birlikdə "Texnikabank”dan götürmüşdü.
Bir müddət sonra Məleykə Asifin evli olduğunu, onu aldatdığını bildi və pullarını geri tələb etməyə başladı. Həmin vaxt - 2012-ci ilin avqust ayında Asif dələduzluğa görə Yasamal Rayon Polis İdarəsi tərəfindən tutulmuşdu. 2013-cü ilin fevralında həbsdən çıxmışdı. Məleykə də yenidən ondan pullarını tələb edirdi. Asif mənin yanımda olarkən dəfələrlə zəng vurub pulunu istəyirdi.
Mayın 4-də Asif dedi ki, həm Məleykəyə, həm də başqalarına külli miqdarda borcu var. "Gəl yenə də valyutadəyişmə məntəqəsini güdək, maşınlardan oğurluq edək” deyə təklif etdi. Yenə də razılaşdım, "Kaspar” xəstəxanasının yanına gələrək maşını orada saxladım”.
"Burdan getməsəniz, sizi yox elətdirəcək”
A.Əhmədovun istintaqa ifadəsindən: "Bu vaxt Məleykənin "Volksvagen” markalı avtomaşınının gözəlllik salonunun qarşısında dayandığını gördük. Asif dedi ki, sürücü telefon nömrəsini dəyişib, get yaxınlaş, nömrəni al.
Sürücüyə yaxınlaşıb nömrəni istədim. Sürücü isə "Məleykə xanım kiməsə nömrə verməyi qadağan edib” dedi. Qayıdıb gəldim və sürücünün dediklərini Asifə çatdırdım.
Elə bu zaman Məleykənin mühafizəçisi olan Kəmalə adlə qadın maşınımın arxa qapısını açıb oturdu. Üzünü Asifə tutub "Məleykə səni içəridən səni görüb hirsləndi, burdan çıxıb getməsəniz, başınıza oyun açıb sizi yox elətdirəcək” dedi.
Asif də Kəmaləyə cavabında Məleykəni güdmədiyini, başqa iş dalınca gəldiyini, adam gözlədiyini dedi. Kəmalə "sən bilirsən ki, Məleykə sabah İrana əməliyyata uçur, səsi batıb, səndən pul gözləyir” dedi. Asif ona "narahat olma, axşama pulu çatdıracam” dedi. Bundan sonra Kəmalə düşüb salona getdi”.
"O boyda puldan mənə çatan cəmi 50 manat oldu”
A.Əhmədovun istintaqa ifadəsindən: "Kəmalə gedəndən sonra Asif də maşından düşüb valyutadəyişmə məntəqəsinı getdi. Bir neçə dəqiqədən sonra geri qayıdıb "Audi Q-7”markalı maşını göstərdi, onun dalınca sürməyi tapşırdı.
Novxanı bağlarına kimi avtomobilin dalınca sürdüm. Avtomobilin sürücüsü maşını bağın qarşısında saxladı, içəri keçdi. Asif tez həmin maşına yaxınlaşdı, beş dəqiqədən sonra geri qayıdıb əlindəki torbanı maşına qoydu. "Tez ol sür, maşındakı pulları götürdüm” dedi.
Asifin təkidi ilə maşını Coratdakı "Kalyon” restoranına sürdüm. Ora çatanda Asifdən mənə çatacaq pulu istədim. O isə mənə cəmisi 50 manat uzadaraq "axşam görüşüb sənə çatacaq qazancı da verəcəm” dedi. Mən də razılaşdım. Həmin günü gecə yarısına kimi Asifi gözlədim. Gecə saatlarında polis işçiləri gəlib məni Abşeron RPİ-yə apardılar”.
Xalq artistinə vurulan maddi və mənəvi ziyan
İstintaq materiallarında A.Vəliyevin xalq artistinə özünü Dubaydan Azərbaycana mal gətirən mömin biznesmen, sabibkar kimi təqdim etməsi öz əksini tapıb. Xaricdən "Maseratti” və "Mercedes Viano” markalı avtomobillər gətirməsinə söz verib və buna görə də M.Əsədovadan külli miqdarda pul alıb.
Vaxt keçdikcə xalq artisti Asifdən maşınları tələb etsə də sonuncu cürbəcür bəhanələr gətirməklə onu aldadıb.
Aldadıldığını başa düşən M.Əsədova pullarını geri istəyib. Bu dəfə Asif növbəti yalana əl atıb. "Maşınların pullarını mənə atıblar” deyib.
Asif köhnə vəziyyətdə bir "Maseratti” gətirərək Məleykə Əsədovaya verir və öz puluna aldığını söyləyir. Amma çox keçmir ki, bu yalanın da üstü açılır. Məlum olur ki, avtomobil kreditdədir və banka külli miqdarda borcu var.
İstintaq materiallarına görə, bunları bilən xalq artisti Asiflə münasibəti birdəfəlik kəsir. Hətta üzləşdiyi bu hadisələrə görə onun səhhətində nasazlıq yaranır, əsəbləri pozulur, ürəyində, səs tellərində problemlər əmələ gəlir. Uzun müddət Moskvada və İranda müalicə alır...
Qeyd edək ki, CM-in 177.3.2, 178.3.2-ci maddələri ilə ittiham olunan A.Vəliyev barəsində istintaq yekunlaşmaq üzrədir. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...