Xalq artistindən Musiqili Teatra sərt mesaj: "Orada 18+ tamaşası göstərilir..." - Reaksiyalar
02-02-2024 [10:20]
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Musiqili Teatrını sərt tənqid edib. Xalq artisti bu haqda sosial şəbəkədə yazıb.
Mia.az xəbər verir ki, Xalq artisti teatrda səhnələşdirilən “Qadınım” tamaşası ilə bağlı yazıb: “Üzeyir Hacıbəyovun təməlini qoyduğu teatr 18+ tamaşalar nümayiş etdirir. Milli dəyərlərimizi necə qoruyaq?!”
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qadınım” tamaşasının premyerası yanvarın 25-də baş tutub. Tamaşa Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanıb. Səhnə əsəri musiqili lirik-psixoloji melodram janrında təqdim edilib. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sonadək mübarizə aparması dayanıb.
Türk retro musiqilərinin canlı ifa olunduğu “Qadınım”da əsas rolları teatrın gənc aktyorları - Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili canlandırıblar. Tamaşada eyni zamanda teatrın xor və balet artistləri iştirak edib. Səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Premyeradan sonra mədəniyyət sahəsindən yazan bir sıra jurnalistlər tamaşa haqqında tənqidi fikirlərini bildiriblər. Əksəriyyət tamaşada intim, seksual hərəkətlərə çox yer verildiyini qeyd edib.
Jurnalist Həmidə Rüstəmovanın tamaşa ilə bağlı qeydi: ""Akademik tərbiyəsizlik cəhənnəm, zövqsüzlük lap zülm imiş. Ayıbdır, inandığınız və inanmadığınız bütün ali teatr dəyərlərinə and olsun ki, biabırçılıqdır. İstədiyiniz qədər məddah yığıb, təriflədin, amma və lakin dərinlikdə özünüz də bilirsiniz ki, bu eybəcərliyin adı yoxdur!"
Məsələ ilə bağlı tamaşanın rejissoru İradə Gözəlova “Yeni Müsavat”a danışıb. Rejissor qeyd edib ki, səslənən tənqidlər tamaşaya deyil, onun şəxsinə ünvanlanıb ki, bu da yolverilməzdir: “Əslində səslənən fikirlər tənqid deyil, dedi-qodudur. Adətən tamaşa haqqında tənqid yazılı, professional şəkildə olur. Yəni kimin sözü varsa, peşəkar şəkildə yazsın və mən də onu qiymətləndirərdim, hətta çox sevinərdim. Tənqid əlbəttə ki, olmalıdır, bu yaxşıdır. Lakin çox təəssüf ki, sosial şəbəkələrdə şəxsi məsələləri ortaya atıblar. Kimlərsə fikirlər səsləndirir ki, guya bu tamaşa mənim həyatımla bağlıdır. Halbuki bu əsəri Tuncər Çücənoğlu yazıb və həyatımla bu əsərin bir bağlılığı yoxdur. Bu fikirlərin səslənməsi mənə çox pis toxunub. Mənim şəxsi həyatımın tamaşaya nə aidiyyəti var?
Qeyd edim ki, Xalq artisti İlham Namiq Kamal bu tamaşaya baxmayıb. Çox istərdim ki, tamaşa baxıb, fikirlərini bildirsin. Məsələn, Xalq artisti Afaq Bəşirqızı tamaşanın premyerasına gəlib baxdı və bəyəndiyini bildirdi. Həmçinin Türkiyədən xeyli sayda qonaqlar gəlmişdi, onlar da tamaşa haqqında çox xoş təəssüratlarını bildirdilər.
Tamaşanın daxili baxışını Mədəniyyət Nazirliyi qəbul edib. Yəni onlar daxili baxışda iştirak edib. Öz sözlərini, fikirlərini bildiriblər, biz də tamaşanı bir neçə dəfə süzgəcdən keçirib, təqdim etmişik. O tamaşada 18+ olan bir şey yoxdur. Ola bilər ki, tamaşa ilə bağlı hansısa şəkil qoymuşuq, bu da İlham Namiq Kamalın xoşuna gəlməyib. Tamaşaya ona görə 18+ yazmışıq ki, bu tamaşanın süjeti uşaqlar, yeniyetmələr üçün deyil".
Tamaşanın premyerasında tamaşaçı kimi iştirak etmiş xalq artisti Afaq Bəşirqızı isə bunları qeyd edib: “İlk öncə qeyd edim ki, tamaşanın premyerasına gedib baxmışam, çox da bəyənmişəm. Tamaşada 18+ olan heç nə yoxdur. Tamaşada bəzi qadınların ikinci qadın olmaq faciəsi öz əksini tapır. Yəni tamaşada bu məsələ qaldırılıb. Aktyorlar da çox gözəl oynayırlar, eləcə də quruluşunu çox bəyəndim. Aktyorlar öz canlı ifalarında mahnıları ifa edirlər, özü də peşəkarcasına. Tamaşa boyu bir tamaşaçı belə yerindən tərpənmədi. Sonda uzun müddət alqışlar səngimədi. Nə qədər insan məndən o tamaşanın biletini istəyib, lakin bildiyim qədər sonrakı tamaşa üçün biletlər artıq bitib. O ki qaldı tamaşa ilə bağlı səslənən tənqidi fikirlərə, mən, sadəcə, onları sağlam olmayan fikirlər adlandırardım. İlham Namiq Kamalın teatrla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə həmin fikirlərlə qətiyyən razı deyiləm”.
“Yeni Müsavat”
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü