Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-02-2024 [00:02]
Qoç - əlverişli, yaxşı gündür. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Sərmayə, pul yatırmaq üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında həssas davranın. Əhvalınız stabil olmayacaq. Bədbinliyə qapılmayın. Bir müddət tək qalmağınız məsləhətdir.
Yaxınlarınızın təsiri altına düşərək məhz onların maraqlarını təmin edən addımlar atmayın. Özünüz üçün də rahat şərait yaratmağa çalışın. Axşam saatlarında normal istirahət edin.
Buğa - yeni işə və ya layihəyə başlamaq üçün o qədər də yaxşı gün deyil. Sifariş alandan sonra detalları dəqiqləşdirin, təfərrüatları müzakirə edin. Adi günlərdən fərqli olaraq bu gün rutin, gündəlik məsələlərdə qəfil çətinliklər yaranacaq.
Sədlərlə maneələri asanlıqla dəf etmək mümkün deyil.
Günün ikinci yarısında alış-verişi ertələyin. Bədxərclik etməyin.
Dəyər verdiyiniz insan sizinlə məsləhətləşmədən, sizə xəbər vermədən önəmli məsələ ilə bağlı qərar qəbul edəcək. Bu isə ciddi mübahisəyə, əsərbələrin tarıma çəkilməsinə səbəb ola bilər. Hər şeyə rəğmən, narazılıq və iradınızı diplomatik şəkildə bildirin.
Əkizlər - praktik olun, praqmat qərarlar qəbul edin. Təxəyyüllərə qapılmayın, fantaziyaların əsiri olmayın. Fikirlərinizi və ideyalarınızı arqumentlərlə sübuta yetirməyə çalışın. Yeni tərəfdaşlar, yardımçılar qazana bilərsiniz.
Günün ikinci yarısında dostlar və dəyər verdiyiniz insanlarla ünsiyyətlərdə alicənab, qayğıkeş olun. Axşam saatlarında süst, apatik olmayın. Yorğunluq hiss edə bilərsiniz.Başladığınız işlərin korporativ maraqlara xidmət etməsinə can atmayın.
Xərçəng - işlərinizdə asanlıqla irəliləyişə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Dürüst saydığınız qərarda belə, yanlışlıqlar ola bilər. İdeyalarınızı və təkliflərinizi işdə rəhbərliklə həmkarlarınız şübhə altına alacaqlar.
Mövqeyinizi inadla müdafiə edin. Küsməyin, inciməyin. Layiq olduğunuzu əldə etməmiş sakitləşməyin.
Günün ikinci yarısında enerjinizi boşuna xərcləməyin. Qohumların yardım müraciətlərini qulaqardına vurmayın. Bir müddət əvvəl sizdən uzaqlaşmış şəxslərdən biri ilə təmasları bərpa edə bilərsiniz.
Şir - fəaliyyət göstərdiyiniz sahədə qəfil problemlər yarana bilər. Çətinlikləri aradan qaldırmasanız, onlar prosesə təsir edəcək. Planlarda təcili dəyişikliklər etmək gərəkdir. Görüşün vaxtının dəyişdirilməsi, layihələrin ertələnməsi istsina deyil.
Günün ikinci yarısında maliyyə sahəsində əlverişli şəraitdir. Soyuqqanlı və məntiqli olsanız, uğur əldə edə bilərsiniz. Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışın.
Əyləncəni, istirahəti təxirə salın. Yaxınlarınızın qayğısına qalmağa çalışın.
Axşam saatlarında bir qədər tək qalmağa çalışın. Əhvalınıza mənfi təsir edə biləcək məqamları ürəyinizə salmayın.
Qız - sözlərinizə fikir verin, sayıq davranın. Potensial sifarişçi və ya müştəri ilə danışıqlarda diqqəti əldən verməyin. Adi günlərdən fərqli olaraq, rutin və sadə məsələlərin həlli xüsusi səylər tələb edəcək. Karyera inkişafınız üçün əlverişli zamandır.
Günün ikinci yarısında eşidəcəyiniz qeyri-adi təklifi dərhal qəbul etməyin. Yaxşıca düşünüb-daşının.
Dəyər verdiyiniz insanlar aranızdakı münasibətlərdə yaranmış sərinliyi aradan qaldırmağa yönəlmiş konkret addımlar atın. Axşam saatlarını dostlarla keçirə bilərsiniz.
Qohumlarla görüş istisna deyil.
Tərəzi - təşəbbüsü əldən versəniz, uzunmüddətli əməkdaşlıqda problemlər yaranacaq. Rəqibləriniz bu gün aktivdir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Öhdəlikləri unutmayın. İşləri vaxtında görün, yarımçıq layihələrdən kənar durun. Maliyyə və icarə məsələləri ilə bağlı sənədlər imzalamayın.
Günün ikinci yarısında işlərinizdə sərvaxt olun. Müalicəyə başlamaq, zərərli vərdişlərdən birini unutmağa cəhd göstərmək olar. Yoqa, tay-szi karınıza gələ bilər.
Axşam saatlarını normal istirahətə həsr edin.
Əqrəb - qarışıq, laübəli gündür. Başladığınız işləri əsla yarımçıq qoymayın.
Kənar amillərin fəaliyyətinizə mənfi təsirini minimuma endirin. İşgüzar tərəfdaşlar və həmkarlarla təmaslarda diqqətli olun. Quru rəsmiyyətçiliyi azaldın, deyilənlərə diqqətlə qulaq asın. Canlı ünsiyyətdə xeyir var.
Günün ikinci yarısında yaxınlarınızı çox tənqid etməyin. İşləri ideal şəkildə başa vurmaq istəyəndə bilin ki, perfeksionist davranış həmişə müsbət əhval bəxş etmir. Özünüzdən bir qədər narazı qalsanız, pis deyil.
Axşam saatlarında mənfi emosiyalardan qurtulun. Problemlərin sayını süni şəkildə artırmayın.
Oxatan - fiziki və intellektual baxımdan aktiv olun. Mübahisədə opponentə üstün gələ bilərsiniz. Fikrinizi, mövqeyinizi arqumentlərlə qoruyun. Sirlərinizi hifz edin. Başqalarına söyləmək istəmədiyiniz məqamlardan biri faş ola bilər - ehtiyatlı davranın.
Dəyər verdiyiniz, inandığınız insanların dediklərinə günün ikinci yarısında qulan asın. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün qətiyyətli olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - yaxın ətrafınızdakı insanlardan biri sizi münaqişəyə sövq edir. Sərvaxt olun, potensial təhlükənin mənbəyini dəyərləndirməyi bacarın. Ağır situasiyalarda təmkini əldən verməyin. Tərəfdaşlar və şəriklərlə tənzimlənmiş əlaqələr qurun.
Günün ikinci yarısında gəlir istisna deyil.
Məişət qayğıları, alış-verişlə bağlı qərarları müstəqil qəbul edin. Ətrafınızdakı insanlar sizə təzyiq göstərməyə çalışacaqlar. Hər xırda məsələyə görə mübahisə etməyin.
Dolça - asan olmayan, qarışıq gündür. Mümkün qədər az danışmağa, daha çox iş görməyə çalışın. Dedi-qodulara, qeybətlərə qatılmayın. Adi günlərdə rutin təsiri bağışlayan məsələlərlə bağlı fərqli yanaşma nümayiş etdirin.
Sədləri dəf edərkən hamının yararlandığı metodlardan istifadə etməyin.
Günün ikinci yarısınla situsiyanı sürəkli dəyərləndirin. Hadisələrə nəzarəti əldən versəniz, ağır itkilərə məruz qala bilərsiniz. Çalışanda qayğılar və emosiyaların məngənəsində olmayın. Yaxınlarınız sizi nədənsə qaraqabaq, laqeyd sanacaqlar.
Balıqlar - əsla gözləmədiyiniz halda və yerdə çətinliklərlə qarşılaşa bilərsiniz. İşdə rəhbərlik və ya həmkarlarla maliyyə məsələlərinə görə dartışmayın. Problemləri aramla, təmkinlə həll etmək olar.
Günün ikinci yarısında aktiv olun. Zəhmətkeşliyi unutmayın. Yaxın ətrafınızdakı insanların təsiri altında düşməyin.
Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın ki, sizi eqoizmdə və təkəbbürdə suçlamasınlar. Səhhətinizin qayğısına qalın. Xroniki ağrı kəskinləşə bilər.
Milli.Az
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı