Mədəniyyət Nazirliyindən diqqətçəkən tender: 2 kitabın nəşrinə 225 min manat xərclənəcək
29-01-2024 [15:44]
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Banu” MMC (VÖEN – 1000212851) olub.
“Banu” MMC “Əsaslı Tikinti və Təchizat” MMC-nin sifarişi əsasında “İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış məzarlıqlar və uçurulmuş qəbir abidələri” və “Məhv edilmiş mədəni irs və dağıdılmış abidələr” layihələri çərçivəsində iki kitabın nəşrə hazırlanması xidmətlərini həyata keçirəcək.
İki kitabın nəşrə hazırlanmasına görə “Banu” MMC-yə 225 min manat ödəniləcək. Kitabların bu ilin sonuna kimi hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, tender müsabiqəsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib. Qalib şirkət bir mənbədən satınalma metodu ilə müəyyən edilib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu (https://e-qanun.az/framework/54966) təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və
sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin kitab nəşri ilə bağlı tender müsabiqəsinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.
Onu da bildirək ki, iki kitabı 225 min manata nəşrə hazırlayan “Banu” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. MMC-nin nə rəsmi veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Daha əvvəl hansı sahədə fəaliyyət göstərdiyi də məlum deyil.
Vergilər Xidmətinin reyester məlumatlarında göstərilir ki, 2004-cü ildə dövlət qeydiyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Banu” MMC-nin hüqui ünvanı Səbail rayonu, Məmmədyarov, ev 29, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sarieh Deghatidir.
Məlumat üçün onu da bildirək ki, məşhur azərbaycanlı fotoqraf Reza Deghatinin bacısı Pəriçöhrə Deghati tətəfindən Bakıda “Banu” adlı moda evi yaradılıb. Sarieh Deghatinin rəhbərlik etdiyi “Banu” MMC ilə Reza Deghatin bacısı tərəfindən yaradılan moda evi arasında bənzər ad (“Banu”) və bənəzər soyaddan (Deghati) əlavə hansısa əlaqənin olub-olmadığı barədə məlumat yoxdur.
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı