Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-01-2024 [00:03]
Qoç - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilrsiniz. Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Buğa - aktiv olun, başladığınız işlərdə süstlük nümayiş etdirməyin. Əvvəllər potensial və ya bilik çatışmazlığına görə çəkindiyiniz problemi həll edə bilərsiniz. Yaşam enerjinizin səviyyəsi saatlar sonra aşağı düşəcək.Planların reallaşması çətinləşəcək.
Günün ikinci yarısında riskli addımlar atmayın. Axşam saatlarında yaxınlarınız və dostlarla ünsiyyətdə olun. Münasibətlərə bir qədər romantika qatın. Dəyər verdiyiniz insanın qədrini bilin.
Əkizlər - yeni ideyaları reallaşdırmağa tələsməyin. Layihələrin gerçəkləşdirilməsində tələsikliyə yol vermək olmaz. Yaxşı düşünüb-daşının, həmfikir və müttəfiqlərin yardımlarından bəhrələnin.
Günün ikinci yarısında adi günlərdən fərqli olaraq mövqelərinizi müdafiə etmək daha çətindir. Opponentlərlə ünsiyyət və mübahisələr sizi yoracaq. Yaxınlarınız, dostlarınız və ya işgüzar tərəfdaşlarınız qəribə davranacaqlar. Onların hərəkətlərində müəyyən müəmmaların olduğunu düşünəcəksiniz.
Xərçəng - vurnuxma, tələskənlik və qaçaqaçın olacağı gündür. Peşəkar fəaliyyət sahəsində düşünülməmiş addımlar atmayın. İşgüzar tərəfdaşlarla təmaslarda münaqişələr yaratmayın. Həmkarlarla sərvaxt davranın.
Mübahisədə haqlı olduğunuzu göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çalışmayın. Kollektivdə sayıqlığı əldən verməyin. Axşam saatlarına yaxın şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Xoş emosiyalar istisna deyil. Kiçik problemlərin həllində təmkinli olun.
Şir - sərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız səyləriniz uğurla başa çataxaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur.
Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin.
Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın. Ailəvi istirahətə üstünlük verin.
Qız - xüsusilə mühüm saydığınız məqsədə günün ilk yarısında çata bilərsiniz. Prioritetləri, hədəfləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli, önəmsiz problemlərin həllini ertələyin. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz. Bunu bilin və öz maraqlarınızı təmin edin.
Günün ikinci yarısında etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın. Onlarla razılaşmaq, əslində, geri çəkilməkdir. Yaxınlarınızdan biri sizə yardım edəcək. Sevdiyiniz insanı anlamağa çalışın. Axşam saatlarında əyləncədən qalmayın.
Tərəzi - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.
Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın. Belədə yaşamınız daha gözəl və rahat olacaq.
Əqrəb - səliqəsizlik, diqqətsizlik nəticəsində yaranan səhvlər maliyyə problemləri gətirəcək. Uzaqgörən olsanız da, hər şeyi əvvəlcədən hesablamaq çətindir. Situasiyaya nəzarət etsəniz və başqalarının sizi aldatmasına imkan verməsəniz, problemlərin sayı az olacaq.
Günün ikinci yarısında ailənizdə nüfuzunuzu və qətiyyətinizi nümayiş etdirin. Amma ehtiyatlı, eyni zamanda alicənab olun ki, yaxınlarınız sizdən inciməsinlər. Səhhətinizlə rasionunuza fikir versəniz, səhhətinizdə heç bir problem yaranmayacaq.
Oxatan - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan verəcək.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr edin.
Oğlaq - reallaşdırılması çətin, məsuliyyətli işə başlayanda yüz ölçün, bir biçin. Yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər. Mübahisələrə qatılmayın. Münaqişələrdə tərəf olmayın. Rəqib və bədxahlardan ehtiyatlanın. Onlar sizə zərər vurmağa çalışacaqlar.
Günün ikinci yarısında yaxınlarınızdan birinin problemləri sizi maraqlarınızı unutmağa vadar edəcək. Ailə üzvlərinizin üzləşdikləri çətinliyi araşdırın, ən qısa müddətdə həll edin. Dostlardan birinin sirrini öyrənəcəksiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - adi, gündəlik qayğıların çözümü və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək. Təəssüflənməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa vurun. Ehtiyatı əldən verməyin.
Balıqlar - mənasız işlərlə məşğul olaraq önəmli nüansı diqqətdən qaçırmayın. Qərarlarınız düşünülmüş, planlarınız real olmalıdır. Səhv və yanlışlıq riskini minimuma endirin. Yad təsir altına düşməyin.
Günün ikinci yarısında sirlərinizi yaxşı bələd olmadığınız insanla bölüşməyin. Sevdiyiniz şəxslə kobud danışmayın. Maliyyə məsələlərində sayıq olun ki, bədxərcliyə yol verməyəsiniz. Axşam saatlarında uzaq yola çıxmayın.
Milli.Az
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü