MƏN ARAĞIN DAŞINI NECƏ ATDIM... (Yeni il hədiyyəsi)
28-12-2023 [13:58]
Bazar günü, dekabrın 31-i idi, saat on biri keçmişdi. Amma mən yerimdən qalxa bilmirdim. Ürəyim bulanırdı, başım fırlanırdı. Vallah, uzanan yerdə, yıxılmamaq üçün hardansa tutmaq istəyirdim...
Yaxşı ki, evdə heç kim yox idi, mənsiz bayram bazarlığınaa getmişdilər. Dalbadal iki fincan şəkərsiz kofe içmişdim, amma özümə gələ bilməmişdim. Yenidən gəlib yerimə yıxılmışdım. Dəqiqələri sayırdım...
Yeri gəlmişkən, biz hər keçən ilin son şənbəsi dostlarla yığışırıq, köhnə ili yola salırıq, yeni ili qarşılayırıq. Bu da bizim ənənədir, illərdir davam edir. Dünən də dostlarla, yeriniz məlum, “Asiman”da oturmuşduq, “Yaşıl Əjdaha”nın şərəfinə ”düt” deyincə vurmuşduq… Maşını restoranın həyətində qoymuşdum, taksi tutmuşdum. Sonrası yadıma gəlmirdi, bilmirdim “Vosmoy”a necə gəlmişdim. Evə liftlə qalxmışdım, ya 6-cı mərtəbəyə piyada çıxmışdım?! Qoca binamızın lifti də qocalmışdı, yaşı yarım əsri keçmişdi, ayın yarısını işləmirdi, istirahət edirdi. Mən də yaşda onları haqlamışdım, bu binada doğulmuşdum, bu həyətdə boya-başa çatmışdım. Amma mən istirahət etmirdim, hər şənbə-bazar arağın küpünə girirdim. Sonra bütün həftəni zorla özümə gəlirdim... Buna son qoymaq lazım idi…
Birdən... Başıma gələn original bir ideya ilə yerimdən atıldım. Mən bu gün arağın daşını atmalıydım, nəyin bahasına olursa-olsun, bu ağır yükü 2024-ə aparmamalıydım. Artıq bizim onunla tanışlığımız dostluğa çevrilmişdi, 30 ili keçirdi. Ya mən onun axırına çıxmalıydım, ya da o, mənim axırıma çıxacaqdı. Artıq ürək sürətlə döyünürdü, böyrək, qara ciyər gecələr qapını döyürdü. Hər ehtimala qarşı, bir fincan da kofe içdim, sonra qonaq otağına keçdim. Servantın aşağı gözünü açdım - bu şeytan yuvasını mən “bar” adlandırırdım. Baxdım, sampan-şərabdan başqa, 5 dənə yarım litrlik araq vardı. Müxtəlif adları daşıyırdı, Rusiya çarı, Finlandiya maralı, Fransa qazları da vardı. Araqları vedrəyə yığdım, birtəhər tualetə doğru addımladım...
Amma yolda fikrimi dəyişdim, butulkaları bir-bir unitaza tökmək istəmədim. Bu, həm vaxt aparacaqdı, həm də ləzzəti olmayacaqdı. Yenidən qonaq otağına qayıtdım. Mətbəxdən yekə şirli qazan gətirdim. Araqları açıb bir-bir qazana boşaltmaq, sonra tualetə atmaq istəyirdim... Amma başıma daha bir original ideya gəldi. Mən onsuz da arağın daşını atırdım, stolun üstünə düzülmüş bu original içkilərin dadına baxmalıydım... Axırıncı dəfə...
Servantdan rumka götürdüm, “Fransız qazı”nın ağzını açdım, əlim əsə-əsə rumkaya 50 qram süzdüm. Sonra butulkanı qazana tökdüm, rumkanı əlimə götürdüm. Şairin sözləri yadıma düşdü: “Kişi odu “vodka” çıxa cibindən, Baş ayıq oldu, kəs tulla dibindən...” Rumkanı şairin sağlıgına qaldırdım, birinci pis getdi. Üstündən tez bir limon tikəsi atdım, kömək etdi. Rusiya çarını, Finlandiya maralını və başqalarını da bu minvalla ötürdüm getdi. İnsafən ikinci babat, üçüncü yaxşı, sonra lap yaxşı getdi. Ürəkbulanma-zad yox oldu, qazan da “qardaşlıq qəbirstanlığı” oldu. Rusların bir misalı var, ayrılıqdan qabaq mütləq oturmaq lazımdır. Mən də araqla ayrılmaqdan əvvəl oturdum...
Başıma gələn daha original bir fikirlə ayağa durdum – dosta xəyanət etmək kişilikdən deyildi. Adama nə deyərdilər?! Mən bu “kişi” ilə düz 30 ildir ki, dostluq edirdim... Mən araqsız 2024-ə necə gedərdim?! Cəld mətbəxə keçdim, dolça, qıf gətirdim. Arağı “qardaşlıq qəbirstanlığı”ndan dolça ilə götürdüm, qıfla şüşə “tabut”lara tökdüm. Möcüzə baş vermişdi, əllərim əsmirdi. Şəkilli, etiketli “tabut”ların hamısı doldu, amma biri yarımçıq qaldı. Mənim arağımı hansısa əclaf içmişdi... Bəlkə bu, onun Yeni il hədiyyəsi idi?!
Qalib ARİF
MİA.AZ
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb