Nəsimi rayonunda müşavirə və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib - FOTOLAR
05-12-2023 [14:58]
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, rayon Polis İdarəsinin, rayon Məhkəməsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon İdarəsinin, rayon Bələdiyyəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərlərinin, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə və müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi üzrə rayon komissiyalarının üzvlərinin, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, tam orta məktəb direktorlarının, psixoloqların, uşaq birlikləri rəhbərlərinin, ali təhsil müəssisələrinin Gənclər təşkilatları birliklərinin rəhbərlərinin, tələbələrin və yuxarı sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Heydər Əliyev: Biz xalqımızın sağlamlığını qorumalıyıq, xüsusən gənclərin narkotik maddələrdən istifadə etməsi meyillərinin qarşısını almalıyıq” adlı geniş müşavirə, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi” üzrə rayon komissiyalarının 2023-cü ilin yekunlarına həsr edilmiş hesabat və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar RİH-nin binasında təşkil olunmuş sərgi ilə tanış olmuş, Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül çiçək dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, narkomanlığa qarşı mübarizə sağlamlığa təminatdır. Narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı.
1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu.
Xüsusi vurğulanmalıdır ki, bu problemlə mübarizədə Ulu Öndər Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram(2000-2006-cı illər)" və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyanının fəaliyyəti müstəsna əhəmiyyət kəsb edib.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən proqramının icrası uğurla həyata keçirilir.
Cari il ərzində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” tərəfindən tam orta məktəblərdə keçirilən tədbirlərdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır. Bütün keçirilən tədbirlərdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılır, futbol,voleybol və basketbol meydançaları salınır. Xüsusi qeyd olunmalıdır ki, son illər rayon ərazisində 250-dən artıq həyət yenidən qurulmuş, həmin həyətlərdə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılmışdır. Cari ilin ötən dövrü ərzində, A.Məhərrəmov küç. 31, 33, 33b, 28 May küç. 4, Cavadxan küç. 26, 28, 30, 32, 34, 36, H.B.Əliyev küç. 3, 5, 6, 7, 8, S.Vurğun küç. 112, H.Seyidzadə küç.18 və s. ünvanlarında aparılan abadlıq işləri zamanı, məhəllədə yaşayan yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançaları, müxtəlif idman qurğuları və oyun elementləri quraşdırılmışdır.
Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək narkomanlığa qarşı mübarizənin dövlətimizin prioritet məsələlərindən biri olduğunu xüsusi vurğulayaraq bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
Nəsimi rayon Prokuroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev çıxış edərək bildirdilər ki, narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir. Çıxışlarında narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Sonda rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış “Duman” adlı sənədli film nümayiş olunub.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var