Nigeriyada gərginlk: "Boko Haram"ın 52 üzvü öldürüldü, liderləri ələ keçirildi

img

02-12-2023 [09:37]


Nigeriya ordusu "Boko Haram" terror qruplaşmasına qarşı ölkənin şimal-şərqində yeni əməliyyat həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Edvard Buba brifinqdə məlumat verib.

Onun sözlərinə görə, son bir həftədə ölkənin şimal-şərq əyalətlərində "Boko Haram"a qarşı uğurlu əməliyyatlar keçirilib: "Əməliyyatlarda 52 terrorçu öldürülüb, onlarla terrorçu isə yaralı halda qaça biliblər. Aralarında təşkilatın rəhbərləri də daxil olmaqlaş 204 terrorçu xeyli miqdarda sursat ələ keçirilib".

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada terror əsdirən "Boko Haram"ın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq