AVRO-2024-də püşkatma: qruplar bəlli oldu - QARŞILAŞMALAR (YENİLƏNİB)

img

02-12-2023 [21:52]


Bu gün Almaniyanın Hamburq şəhərindəki Elbphilarmonie konsert zalında AVRO-2024-ün püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, futbol dünyasının aparıcı adları tarixi gecədə bir araya gəlib.

Püşkə 2-ci səbətdən qatılan Türkiyənin rəqibləri müəyyənləşib.

Beləliklə, AVRO 2024 qrupları:

A qrupu: Almaniya (ev sahibi), Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

D qrupu: A yolu pley-offunun qalibi, Hollandiya, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunun pley-offunun qalibi,

F qrupu: Türkiyə, Portuqaliya, Çexiya, C səfərinin pley-offunun qalibi

***

Bu gün - dekabrın 2-si Almaniyada 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, püşkatma mərasimi "TRT Spor" kanalında canlı yayımlanacaq.

UEFA-dan verilən açıqlamaya görə, püşkatma mərasimi turnirə ev sahibliyi edəcək Almaniyanın Hamburq şəhərindəki Elbphilarmonie Konsert Salonunda keçiriləcək.

Bakı vaxtilə saat 21.00-da başlayacaq püşkatmada Türkiyə ikinci səbətdən qatılacaq.

24 komandanın (3 komanda bugünki püşkatmada olmayacaq-Mia.az) iştirak edəcəyi turnirdə 6 qrupda ilk iki yeri, ən yaxşı 4 qrupda üçüncü yeri tutan komandalar son 16 tura yüksələcək.

Bu mərhələdən etibarən turnir bir oyunluq eləmə üsuluna keçəcək.

Bleəliklə, püşkatmada 21 komanda iştirak edəcək. Qrupları müəyyənləşəcək digər 3 komanda isə martın 21-26-da keçiriləcək AVRO-2024-ün pley-off mərhələsindən keçərək finalda iştirak edəcək. 

AVRO 2024 14 iyun - 14 iyul 2024-cü il tarixləri arasında keçiriləcək.

SƏBƏTLƏR:

1-ci: Almaniya (ev), Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci: Türkiyə, Macarıstan, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü: Hollandiya, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü: İtaliya, Serbiya, İsveçrə, A marşrutunun pley-offunun qalibi, B marşrutunun pley-offunun qalibi, C marşrutunun pley-offunun qalibi

Son üç komanda martın 26-da müəyyənləşəcək

Martın 21-26-da 12 ölkənin qatılacağı pley-off mərhələsinin oyunlarının sonunda Avropa Çempionatının Final mərhələsində iştirak edəcək son üç komanda müəyyənləşəcək.

Pley-off mərhələsində Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, İslandiya, İsrail, Qazaxıstan, Lüksemburq, Polşa, Ukrayna və Uels mübarizə aparacaq. Pley-off mərhələsinin yarımfinal oyunları 21 mart 2024-cü ildə, final mərhələsi isə 26 mart 2024-cü ildə keçiriləcək.

AVRO 2024 ümumilikdə 24 komandanın iştirakı ilə 14 iyun - 14 iyul 2024-cü il tarixləri arasında keçiriləcək.

Almaniyanın 10 şəhərinin ev sahibliyi edəcəyi çempionatın açılış matçı Münhen Futbol Stadionunda, final matçı isə Berlindəki Olimpiya Stadionunda oynanılacaq.

Final mərhələsinə Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leypsiq, Gelzenkirxen, Ştutqart və Düsseldorf şəhərləri ev sahibliyi edəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq