Nəsimi rayonunda noyabr ayında səyyar qəbullar keçirilib - FOTOLAR
30-11-2023 [11:49]
Nəsimi rayonunda noyabr ayında səyyar qəbullar keçirilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən noyabr ayında səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur hissləri ilə qeyd edilmişdir.
Cari ilin doqquz ayı ərzində rayon ərazisində görülən işlər, xüsusilə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.
Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıq etmişlər
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var