AMEA-da “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb
29-11-2023 [17:45]
Noyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb.
Mia.az xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevin həyatına və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən və MEK-in tarixində ilk dəfə olaraq təşkil olunan beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd edib. O, bugünkü konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Moldovadan nümayəndələrin iştirak etdiyini, tədbirə ümumilikdə 122 elmi məqalənin daxil olduğunu bildirib.
Dahi lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına diqqət və qayğısından bəhs edən direktor MEK tərəfindən "Heydər Əliyev İli" çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.
Professor Məmməd Əliyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar olaraq AMEA-da da bununla bağlı Tədbirlər Planı hazırlanmış və MEK Akademiyada bu istiqamətdə görülən tədbirlərdə yaxından iştirak etmişdir.
"Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq MEK tərəfindən həyata keçirilən işlər arasında ilk sırada Heydər Əliyevin biblioqrafiyasının hazırlanması dayanır", - deyə bildirən direktor "Heydər Əliyev İli" ilə əlaqədar olaraq kitabxana tərəfindən Vikipediya açıq ensiklopediyasında 100 məqalənin yaradıldığını qeyd edib. O, həmçinin MEK tərəfindən Azərbaycan və ingilis dillərində "Heydər Əliyevin aforizmləri" audiodiskinin hazırlandığını diqqətə çatdırıb.
Məmməd Əliyev bildirib ki, bundan başqa, Mərkəzi Elmi Kitabxana tərəfindən müxtəlif qurumlarda "Heydər Əliyev İli" çərçivəsində nəşr olunmuş kitabların sərgisi təşkil olunub. Bir sıra məktəblərdə Ulu Öndərin yaradıcılığına həsr edilmiş görüşlər keçirilib, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə edilib.
MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfransın keçirildiyini də xatırladan professor Məmməd Əliyev kitabxana tərəfindən, həmçinin Türkiyənin paytaxtı Anakara şəhərində "Heydər Əliyev - 100" adlı kitab sərgisinin baş tutduğunu vurğulayıb.
Direktor qeyd edib ki, MEK 2023-cü ildə Türk Dünyası Kitabxanaçıları Vəqfinə üzv seçilərək Azərbaycandan bu quruma üzv olan ilk kitabxana olmuşdur.
Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından salamlayıb. O, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli Fərmanı əsasında “ana kitabımız” adlandırdığı “Kitabi-Dədə Qorqud” abidəsinin ana dilimizdə yazıya alınmış ilk qədim və möhtəşəm sənət əsəri olduğunu bildirib. Alim Azərbaycanda tarixən kitaba böyük maraq olduğunu və kitabın həmişə bilik mənbəyi hesab edildiyini söyləyib.
Akademik Teymur Kərimli vurğulayıb ki, milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və kitabxana işinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi lider gəncləri və ətrafındakı insanları daima mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib. Görkəmli dövlət xadimi təkcə bədii əsərlərə deyil, bütün sahələrdə olan kitablara böyük dəyər verib.
Çıxışının sonunda akademik Teymur Kərimli kitab oxumağın bir mədəniyyət, zənginlik olduğunu söyləyərək, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.
Konfransda Türk Dünyası Kitabxanalar Vəqfinin sədri Ali Odabaş, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Lətif Əmək, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və digərləri çıxış edərək Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi baxımından tədbirin önəmini qeyd ediblər.
Beynəlxalq konfrans daha sonra öz işini plenar iclaslarla davam etdirib.
“Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda kitabxanaşünaslıq elmi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikultural cəmiyyətdə kitab mədəniyyəti və kitab nəşri”, “Multikultural cəmiyyətdə müasir tələblər və çağırışlar”, “Multikulturalizmin Azərbaycan modeli: tarixi ənənələr və perspektivlər”, “Türk xalqlarının multikultural dəyərləri”, “ Postsovet ölkələrində multikultural ənənələr”, “Kitabxanalar milli dəyərlərin və tarixi irsin qorunması bazası kimi” adlı panel iclaslarda müxtəlif mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, tədbir öz işini noyabrın 29-da başa çatdıracaq.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var