İsrail Livana yenə zərbə endirib

img

29-11-2023 [15:50]


İsrail qüvvələri Livana növbəti zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrail ordusu sərhəddəki Əl-Abad hərbi məntəqəsindən Livanın Hunin qəsəbəsində patrul xidməti aparan hərbi maşını vurub.

Xəbərdə deyilir ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR