Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-11-2023 [00:03]
Qoç - bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində qalacaqsınız.
Günün ikinci hissəsində bədbinliyə qapılmayın, neqativ fikirlərdən uzaq olun. Bir qədər nəfəs dərin. Qısa istirahət karınıza gələcək.
Yaxınlarla təmaslarda səbrli davranın. Sözlərlə əməllər arasında uyğunsuzluq hiss edəndə onları sərt tənqid etməyin. Münasibətləri təhlil etməyə tələsməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa - yaşananlara fərqli prizmadan baxın. Olaylara yanaşmada maddi ünsürlərin hər şeydən üstün tutulması məqbul deyil. Bu və digər hadisənin gerçək mahiyyətini anlamağa çalışın. Dürüst seçim edin.
Günün ikinci yarısı işdə rəhbərlik, müstəqil fəaliyyətdə isə nüfuzlu şəxslə təmaslar üçün məsləhət deyil. Yeni layihə və ya işə başlamağa tələsməyin. Axşam saatlarında ailəvi gəzintiyə və ya səfərə çıxmaq olar. Yaxınlarınıza sevinc bəxş edin. Bədxərclik etməyin.
Əkizlər - yalnız başa vura biləcəyiniz və sona çatdırmaq iqtidarında olduğunuz işlərə başlayın. Həlini tapmaq zərurətində qaldığınız problemin çözümünü başqasına həvalə etməyin.
Günün ikinci yarısında intellektual potensial səviyyəniz yüksəkdir. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi çətinliyi aradan qaldıra bilərsiniz. Maliyyə əməliyyatları gəlir vəd edir.
Yaxınlarınızla ünsiyyətdə iradları sıralamayın. Belədə sevdiyiniz insanla münasibətlər korlana bilər. Axşam saatları əyləncə və istirahət zamanıdır. Sakit şəraitə üstünlük verə də bilərsiniz.
Xərçəng - əlverişli vəziyyətdir. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Görüş və müzakirələr aparın, yeni layihələrə başlayın. Niyyətinizdə qəti olsanız, irəliləyəcəksiniz. Sonuclar gözləntilərinizdən də yaxşı ola bilər.
Günün ikinci yarısında müşküllərin çözümünə yaradıcı yanaşın. Ailə üzvləri sizi dəstəkləyəcəklər. Məişət qayğılarının sayı artsa da, onların asan həlli var. Maraqlı insanla qarşılaşacaqsınız.
Şir - situasiyaya təsir etmək çətinləşir. Mövqeyinizi nəyin bahasına olursa-olsun müdafiə etmək cəhdlərinizi dayandırın. İmkanları əldən verməmək üçün səbatlı plana malik olmalısınız.
Günün ikinci yaırsında əhvalınız pozula bilər. Qıcıq, yorğunluq yaranacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Mənasız qısqanclıq apatiya ilə əvəzlənə bilər. Belə situasiyada ən yaxşı məqam axşam saatlarında normal istirahətdir.
Qız - bütün qüvvənizi effektiv fəaliyyətə yönəldin. Zəhmətinizə görə pul və ya təqdir ala bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Ən cəsur ideyalarınızı gerçəkləşdirə bilərsiniz. Günün ikinci yarısında nikbin olmağınız məsləhətdir. Çətin məsələlərin həllində süst davranmayın. Axşam saatlarında əylənməyə çalışın. Subaysınızsa, romantik görüş olacaq.
Tərəzi - maliyyə və sərmayə məsələlərində həddən artıq diqqətli olun. Maliyyə itkilərinə səbəb ola biləcək yanlış addımlar atmayın. Problemlərin həllində aktiv, eyni zamanda sərvaxt olun.
Günün ikinci yarısında uğura nail ola bilərsiniz. Çətinlikdən çıxmaq üçün pula ehtiyacınız var. Borc və ya kredit barədə düşünmək olar. Ailədəki rəvan, harmonik situasiya sizə xoş təsir bağışlayacaq. Axşam saatlarında bir müddət tək qalmaq istəyinizi yaxınlarınız anlayacaqlar. Onlar sizə mane olmayacaqlar. Dostlar və ya həmfikirlərlə görüşə bilərsiniz.
Əqrəb - realist olun. Ən kiçik problemdən sonra depressiyaya qapılmayın. Əlverişli şərtlərdən və sərfəli situasiyadan maksimal dərəcədə istifadə edin. Unutmayın ki, ən uzun yol ən kiçik addımdan başlayır. Qəti qərar verməkdən çəkinməyin.
Günün ikinci yarısında harasa pul yatırmağa, borc verməyə, habelə işgüzar tərəfdaş seçməyə tələsməyin. Yüz ölçüb bir biçin. Axşam saatlarında ailə üzvləri sizdən planlarınız və niyyətləriniz barədə danışmağı istəyəcəklər. Qaba və kobud danışaraq onların xətrinə dəyməyin. Nə qədər çalışsanız da, dəyişərək ürəyinizi açan deyilsiniz.
Oxatan - yaxınlarınızla ünsiyyətdə qaba davranmayın. Problemlərin həllində ən asan və birmənalı təsir bağışlayan yolu seçməyin. Bəzən həqiqəti deməkdənsə bir qədər susmaq daha məsləhətlidir.
Günün ikinci yarısında qərarların qəbulunda diqqətli davranmağınız yaxşı effekt verə bilər. Məntiqli olun, yalnız öz maraqlarınızı düşünməyin. Belədə sonuc sizi sevindirəcək.
Dəyər verdiyiniz insanla bağlı önəmli məlumat alacaqsınız. Həmin informasiya ilə nə edəcəyinizə qərar verin.
Axşam saatlarında hər şey yaxşı olacaq. Önəm verdiyiniz insanlarla ünsiyyətdə həddi aşmayın. Gecikməmək üçün yola bir qədər tez çıxın.
Oğlaq - yaxşı, münasib zamandır. Tərif və ya təqdir gözləmədən çalışın. Hər şey dəyişə bilər. Bədbin əhval-ruhiyyəniz saatlar keçdikcə yaxşılaşacaq. Yaxın ətrafınızdakı insanlar zəhmətinizi dəyərləndirəcək, sizə yardım etməyə çalışacaqlar.
Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişlidir. Nüfuzlu insan və ya ciddi təşkilat irəliyə doğru əhəmiyyətli addım atmağınıza təkan verəcək. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi davranın. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun.
Dolça - gərəkli insanlarla normal, bir qədər emosional təmaslar qurun. İmkanlarınızı artırın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Yaxın ətrafınızdakı insanların niyyət və istəklərini qulaqardına vurmayın.
Günün ikinci yarısında qərar qəbul edəndə tələsməyin. Situasiyanı yaxşıca götür-qoy edin. İndiyədək görmədiyiniz nüanslar və detallar sonradan çətin dəf ediləcək səddə çevrilməməlidir.
Yaxınlarınızla danışanda sərt olmayın. Onlara inanın, məsləhətlərindən faydalanın. Bu şəxslərin sözləri arasında pis olmayan ideyalar var.
Balıqlar - işlərdə uğura nail olmaq üçün diqqətlə çalışmalısınız. Ağır işlərin ertələnməsi və bir qədər dincəlmək fikrini unudur. Azadlığa ifrat tələbat duyduğunuzu düşünsəniz, işlərdə çətinliklər yaranacaq.
Günün ikinci yarısında görüş, məsləhətləşmə, danışıqlar uğurla başa çatacaq. Maliyyə məsələlərində sərvaxt olun. Fikrinizi və mövqeyinizi ailə üzvlərinin nəzərinə çatdırmaq üçün qətiyyətli olun. Mövqelərinizdən geri çəkilməyin. Yaxınlarınızla təmasları qaydaya salın.
Milli.Az
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb