Ərəblər kəndinin sakinləri “Açıq mikrofon”a gəldilər - FOTO

img

24-11-2023 [18:25]


SOCAR-ın “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu gün Şabran rayonunda baş tutub.

Mia.az xəbər verir ki, aksiyaya qatılan Ərəblər kənd sakinlərindən cəmi 4 nəfəri mikrofon önünə çıxaraq ümumi problem və təkliflərini səsləndirib.

Müraciətlərdən biri məscidin, digər biri isə orta məktəbin qazlaşdırılması ilə bağlı olub ki, bu istiqamətdə vətəndaşlara lazımi məlumatlar verilib.

Sahib Fətullayevin iradı bəzi hallarda qazın təzyiqinin zəif olmasına aid olubsa, Fuad Rəsulovun xahişi 150 metrlik qaz xəttinin öz hesabına çəkilməsinə icazənin verilməsinə aid olub. Bütün problem və təkliflər Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA