Premyer Liqada iki oyunun vaxtı dəyişib

img

23-11-2023 [13:02]


"Səbail" klubunun ev matçlarını keçirdiyi "ASCO Arena"nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib.

Mia.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb.

Əvvəlcədən 18:30-da başlaması nəzərdə tutulan qarşılaşmanın 14:00-da start götürməsinə qərar verilib.

Bundan əlavə, təşkilati məsələlərlə bağlı 16-cı turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA