Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək

img

23-11-2023 [12:13]


“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabrda “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.

Mia.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyəti tanıdılacaq.

Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.

Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:57 01.03.2024

Adil ZAMAN - 70