10-06-2014 [12:46]
"BEREN SAAT STİLİ"
Beren Saat 26 fevral 1984-cü ildə dünyaya gəlib.
Boyu: 1.64 sm
Kilosu: 50 kq
Saç rəngi: qumral
Göz rəngi : Yaşıl
Azərbaycan tamaşaçıları onu "Aşka Sürgün” serialı ilə tanıyıblar. Ancaq o, "Aşkı məmnu” serialındakı Bihter obrazı ilə populyarlaşdı.
Söhbət "Fatmagülün suçu nə?”, "İntiqam” kimi yüksək reytinq toplayan seriallarda baş rol oynayan türkiyəli cazibədar aktrisa Beren Saatdan gedir.
O Beren Saat ki, zəngin və kübar qadın rolları ona çox yaraşır. Təbii gözəlliyi, uşaqlara xas olan gülüşü ilə kişilərlə yanaşı qadınların da diqqətini çəkir.
Bu gün"Onların Stili”layihəsində aktrisalığı ilə yanaşı gözəlliyi və tərzi ilə də daim diqqət mərkəzində olanBeren Saatın geyim tərzindən bəhs edəcəyik.
Aktrisanın zövqsüz bir qızdan "stil ikonası” olmağa doğru getdiyi təkamül yolunu sizlər üçün araşdırdıq.
Beren Saat seriallarda və filmlərdə, cəsarət tələb edən seksual geyimlər geyinsə də, gündəlik həyatda sadəliyə üstünlük verən bir qadındır. Sadəliyi sevdiyini müsahibələrindən birində bu sözlərlə etiraf edir:
"Gözəl görünmək üçün parıldayan dodaqlara, hündür daban ayaqqabılara ehtiyac yoxdur”.
Beren adətən rahat cins şalvarlar, bol kəsimli koftalara üstünlük verir. Fikir versək görərik ki, geyimləri daha çox açıq rənglərdə olur. Ancaq qara və qırmızı rəngləri də çox sevir. Onu tez-tez incə belini vurğulayan paltarlarda görə bilərik.
Dəvətlərə türkiyəli stilistlərin sadə və tək rəngdə olan geyimləri ilə gedir.
Əsasən göz makiyajına üstünlük verir. Xüsusi gecələrdə qırmızı rəng dodaq boyası çəkir. Adi vaxtlarda isə demək olar ki, makiyajdan istifadə etmir.
Seriallar xaricində onu toplanmış saç modelində görmək mümkün deyil.. Saçlarını düz saxlayır ya da xəfif dalğalar verir.
Allah vergisi gözəlliyi olan Beren təəssüf ki, həmişə belə şıq və kübar olmayıb. Şöhrət pillələrini yeni-yeni addımlayarkən çəkilmiş fotoları bunu təsdiq edir. Aydındır ki, "Fatmagülün suçu nə?” serialında ssenariyə uyğun olaraq o, çiçək naxışlı donunu əynindən çıxarmır. Amma yenə də adını çəkdiyim serialdakı və "Aşka sürgün”dəki geyimləri onu "stil ikonası” olmaqdan uzaqlaşdırır.
Elə ona görə də Berenin stilini "İntiqam”dan əvvəl və "İntiqam”dan sonra olaraq iki mərhələyə ayıra bilərik. O, "İntiqam”da daha çox Özgür Masurun kolleksiyasından paltarlar geyinib. Berenin bu serialda geyindiyi bir-birindən şıq paltarlar tamaşaçılar və stilistlər tərəfindən çox bəyənildi. Üstəlik, Beren serialın çəkilişləri zamanı tanış olduğu stilistlər sayəsində sanki öz tərzini tapdı. Artıq gündəlik həyatda daha modern görünüşlü və daha cazibədar bir Beren var. Alış-veriş edərkən belə cazibərdarlığını nümayiş etdirən Beren. Bu heç də o demək deyil ki, aktrisa sadəlikdən vaz keçib. Yox, o yenə də əvvəlki kimi sadədir, ancaq indi nəyi nə ilə geyinmək lazım olduğunu daha yaxşı bilir.
Beren Saat artıqr "stil ikonası”dır. Onun "Aşkı məmnu” serialında geyindiyi çəkmələri "Bihtər çəkməsi” olaraq tanındı və dəb halını aldı. "Bihtərin boyunbağısı” , "Bihtərin üzüyü” də satıcıların leksikonunda mühüm yer tuturdu. Onun sayəsində "Fatmagülün suçu nə?” serialında taxdığı sadə mavi rəngli boyunbağı belə dəbdə idi. Nə geyinsə onu trendə çevirməyi bacaran Beren dəb ilahəsi olduğunu bir daha sübut etdi.
Beren Saatın ən dəbli paltarları:

Berenin incə belini vurğulayan bu paltar ona çox yaraşıb. Saçı və makiyajı da paltarı tamamlayıb. Sinə dekoltəsi isə onu daha cazibədar edib.

Paltar Berenin düzgün bədən fiqurasını nümayiş etdirir. Krujeva ilə örtülmüş dekoltə hissəsi onu daha kübar göstərir. Saçlarını toplaması və sadə makiyajı ilə Beren həqiqətən çox gözəl görünür.

Aktrisanın "İntiqam” serialında geyindiyi bu paltar gündəm yaratmışdı. Açıq-saçıqlığı ilə diqqət çəkən geyimdə Beren çox seksual görünür. Aksesuarları da geyimi ilə uyğunluq təşkil edir. Göz makiyajı və dodaq boyası seçimi isə möhtəşəmdir.

Burda Beren makiyajsız da gözəl olduğunu aləmə car çəkir. Sinə dekoltəsi və xəfif dağınıq saçları ona cazibədarlıq verir.

Birinci şəkildəki mini qara paltar Bereni olduğundan daha gənc göstərir. Ayaqqabıları və saç modeli də ona çox yaraşıb.
İkinci şəkildəki paltar da doğru seçimdir. Paltarın həm rəngi, həm də modeli möhtəşəmdir. Əvvəlcədən də qeyd etdiyim kimi, aktrisaya belini vurğulayan paltarlar çox yaraşır. Beren də bunu bilir və belə paltarlara üstünlük verir.

Paltar, çanta, saç və makiyajın bir-birini tamamlaması ancaq bu qədər möhtəşəm ola bilər.

Yenə Yağmur obrazını görürük. Düzdür çanta bu kombinasiyaya uyğun deyil. Amma yenə də gözəllik öz sözünü deyir.

Bir dəvət üçün bu paltarı seçən Beren Türkiyə mediasında müzakirə mövzusuna çevrilmişdi. Səbəb isə əlbəttə, möhtəşəm sinə dekoltəsidir. Bu paltar Berenin trendə çevirdiyi geyimlər arasındadır.

Bəhs etdiyimiz budur: sadəlik və şıqlıq. Qara, sadə kəsimli paltar və uzun sadə bir boyunbağı və təbii ki, Beren Saat gözəlliyi.

Sol tərəfi kişi kostyumunu, sağ tərəfi isə gəlinliyi xatırladan bu geyimdə də Beren Saat qüsursuz görünür.

Sadə bir don, sadə saç modeli, cazibədar sinə dekoltəsi və doğru makiyaj. Başqa şərhə ehtiyac yoxdur.

Saçaqları ilə diqqət çəkən paltarın kəsimi, aksesuarlar və saç modeli bir-birini tamamlayıb. Möhtəşəm nəticə.

Yağmur obrazının digər gündəlik geyimdə də ilham ala biləcəyiniz möhtəşəm kombinasiyası. Qara ilə sarı rəngin bir-birinə yaraşdığını hamımız bilirk. Pencəyin modeli və çanta isə bu gözəlliyi daha da cəlbedici edir.

Qara rəngə üstünlük verən Berenə gəlinlik rəngi olan ağ da çox yaraşır. Məsum üz cizgilərinə sahib olan aktrisa bu fotoda gözəlliyin sadəlik olduğunu bir daha hamıya sübut edir.

"Rexona”-nın reklam üzü olan aktrisa nümayişə bu kombinezonda gəlmişdi. Sadə boyunbağından başqa heç bir aksessuardan istifadə etməyən Beren düz saçları və yox deyiləcək qədər az olan makiyajı ilə əsl dəb ilahəsinə çevrilib.
Yazının əvvəlində də qeyd etdiyim kimi, bizim dəb ilahəmiz Beren Saat anadan bu qədər zövqlü doğulmayıb. O da görüb, götürüb, öyrənib, tətbiq edib, bir sözlə böyük bir təkamül prosesi keçib.
İndi isə sizəBerenin ən zövqsüz geyimlərini təqdim edirik:

Londonda keçirilən "Moda həftəsi” çərçivəsində "Burberry Prorsum” dəfiləsini dünyaca məşhur ulduzlarla birgə izləyən Beren Saat geyimi çox tənqid olunmuşdu. Bereni olduğundan yaşlı göstərən bu geyim həqiqətən də "Moda həftəsi”nə uyğun deyil.

Kürək dekoltəsi cazibədar olsa da paltarın rəngi Berenə yaraşmır. Üstəlik, kəmər və çanta da aktrisanı ən az 7 yaş qoca göstərir.

Bəlkə də aktrisanın həyatı boyu geyindiyi ən zövqsüz paltar budur. Modeli, rəngi, parçası bərbaddır. Bereni həm yaşlı, həm də olduğundan kök göstərir. Sadəcə sırğa seçimini uğurlu hesab etmək olar.

Bu saç modeli o qədər də pis deyil. Ancaq geyimlər üçün eyni sözü demək olmaz. Paltarların hər ikisinin modeli, rəngi aktrisanın stilinə uyğun deyil. Hələ sağ tərəfdəki paltarın belindəki o qorxunc kəmər onun obrazını pozur. Beren yəqin ki, bu fotosessiya zamanı yuxulu olub.

Şəkildəkinin Beren Saat olduğuna hələ də inana bilmirəm.

Bu geyim də Berenin ən uğursuz seçimlərindən biridir. Çiyinlərindəki detallar aktrisanı kök göstərir və boyunun daha qısa görünməsinə səbəb olur. Çanta seçimi də doğru deyil. Ayaqqabı, saç və makiyajı isə pis deyil.

Paltarı başa düşdük, bəs o başındaki nədir, Beren? Deyəsən aktrisa özünü Ledi Qaqaya oxşatmaq istəyib. Bunlar da görmək istəmədiyimiz mənzərələrdəndir.

"Aşkı məmnu” serialından çəkilmiş bir foto. Deyəsən Bihter obrazının əynində gördüyümüz ən zövqsüz paltar bu idi. Rəngi, modeli, kəsimi onun hansı səbəbdən bu paltarı seçməsinə haqq qazandırmır. Bəlkə də serialın stilistləri seçiblər. Hər halda Bereni kök və yorğun göstərir.
Tabloid.az
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...