İsrail ordusu Qəzzada şimala doğru irəliləyir - İndoneziya xəstəxanası mühasirəyə alınıb

img

21-11-2023 [00:09]


İsrail hərbçiləri az əvvəl zirehli texnikanın köməyi ilə Qəzza zolağının şimalında qurudan hücumları yenidən genişləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail mediası açıqlama yayıb.

Bildirilib ki, hərbçilər Cibaliya qəsəbəsindəki İndoneziya xəstəxanasını mühasirəyə alıblar: "İsrail qüvvələri Qəzzanın şimalındakı Tevam bölgəsindən bir kilometr şərqdə irəliləyərək Əbu-Şərh qovşağına, oradan isə 2 kilometr şimala doğru irəliləyərək İndoneziya xəstəxanasının ətrafına çatıblar. Hazırda bölgədə HƏMAS yaraqlılarına qarşı əməliyyat davam edir".

Qəzzanın səhiyyə idarəsi Munir əl-Berş İsrail qüvvələrinin İndoneziya Xəstəxanasını mühasirəyə aldığını təsdiqləyib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq