Baydenin müşaviri İsrailə gedib: "Livanla müharibənin qarşısı alınmalıdı"

img

20-11-2023 [20:07]


ABŞ prezideeti Co Baydenin müşaviri İsrailə təcili səfər edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Livanla artan müharibə ehtimalını əngəlləmək üçün bu ölkəyə gedib.

“Wall News” qəzetinin məlumatına görə, o, bu məqsədlə müdafiə naziri Yoav Gallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla, rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.

Bu qarşıdurmalarda indiyədək 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq