İsrail İordan çayının qərb sahilində yeni əməliyyata başlayıb - Ölən və yaralananlar var

img

17-11-2023 [10:39]


İsrail İordan çayının qərb sahilində yeni əməliyyata başlayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail əsgərlərinin İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsində mühasirəyə alaraq orada əməliyyata başlayıb.

Məlumata görə, əməliyyata PUA-ları da cəlk edən İsail ordusu orada bir evə zərbə endirib: "PUA zərbəsi ilə ev dağıdılıb, nəticədə 3 nəfər ölüb, 2-si ağır olmaqla 9 nəfər isə yaralanıb".

Hadisə şahidlərindən alınan məlumata görə, İsrail ordusunun gecə saatlarından başlayaraq onlarla hərbi maşın, buldozer, helikopter və PUA ilə Cenin rayonu və buradakı düşərgəyə hücumunu davam etdirir: "Hazırda İsrail ordusu bir çox istiqamətdən şəhərə giirb, Cenin Qaçqınlar Düşərgəsi isə mühasirədə saxlanılır. Burada İsrail əsgərləri ilə fələstin müqavimətçiləri arasında toqquşma baş verib. İsrail qüvvələri onlara qarşı çıxan fələstinlilərə canlı güllə və sıx gözyaşardıcı qazla cavab verir...".

Samir 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq