Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-11-2023 [00:05]
Qoç - mühüm planınız varsa, vaxtı fövtə verməyin. Kreavtiv olun, yaşamınızda hansısa məqamı əhəmiyyətli şəkildə dəyişmək üçün yaranmış şansdan yararlanın. Peşəkar fəaliyyət müstəvisində bilik və bğacarıqlarınızın nümayişinə xüsusi fikir verin. Belə olarsa, daha maraqlı nəticə əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemin çözümü üçün günün ikinci yarısı əlverişlidir. Romantik hisslərə qapılmayın. Axşam saatları alış-veriş üçün pis vaxt deyil.
Buğa - hər şeyin plan üzrə hərəkət etməsinə nail olmağa çalışın. Yaşamınızda qayda hissi yaradın. Bu gün eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yarana bilər. Hansısa məsələni həll edəndə həzz alacaqsınız. Ünsiyyət, danışıqlar və yazışmanın əhəmiyyəti artır. Yeni ideya, yaxınlarınızdan birinə sürpriz etmək istəyi təxəyyülünüzü işə sala bilər. Yaşam arealında dəyişikliklər üçün münasib zamandır.
Axşam saatları dostlarla görüş baş tuta bilər.
Əkizlər - çalışdığınız kollektivdə önəmli yerdəyişmə və yeniliklər ərəfəsidir. Gələcək perspektivlərin müzakirəsi üçün əlverişli zamandır. Diqqət mərkəzində olacaqsınız. Unutmayın ki, ətrafınızda yeni ünsiyyət çevrəsi ilə yanaşı, işgüzar tərəfdaşlıq həlqəsi formalaşmaqdadır. Praqmat maraqlara üstünlük verin. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri böyükdür. Cari işlərdə priorietləri özünüz müəyyənləşdirin.
Ötənlərdəki yanlışlığın fəsadlarını aradan qaldırmaq, barışıq üçün yaxşı vaxtdır. Şəxsi münasibətlərdə şəfqətli, həssas olun. Günün ikinci yarısında müzakirə ehtiva edən görüş baş tutacaq.
Xərçəng - şərtlər yeniliklər vəd edir. Yaranan şanslardan fəaliyyətinizin optimallaşdırılması, situasiyanın dəyərləndirilməsi üçün istifadə edin. Şəraitə görə planlara dəyişikliklər edin. Davranışdakı bəzi stereotiplərdən imtina etmək, yeni rolu düşünmək zamanıdır. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın.
Şir - diqqətinizi çoxsaylı obyektlərə yönəldərək çaşqın duruma düşməyin. Maraqlarınız dəyişir. Xəbərlər sizi cari işlərdən ayıra bilər. Görüş, mühüm məlumat alınması, spontan toplantı və ya əlaqələr istisna deyil.
Aşkar praktiki məzmunu olan işlərlə məşğul olun. İllüziyalara qapılmayın.
Zehni və yaradıcı fəaliyyət uğurlar, səylərin etirafını vəd edir.
Günün ikinci yarısında diqqətli olun. Alış-veriş etmək olar.
Ünsiyyəti sizi yormayan insanlarla görüşün.
Hisslərinizdə müəyyənliyə nail olmaq üçün əlverişli zamandır.
Qız - bəzi şəxsi planlardan imtina etməli olacaqsınız. Təcili işi başa vurun. Borcları qaytarın, işləri qaydaya salın, iş yerini nizamlayın.
Maddi perspektivlər sizi əlavə iş görməyə ruhlandıra bilər. Faydalı işgüzar tanışlığa nail olmaq üçün yaxşı gündür. Yeni əlaqələr yaradın, köhnə əlaqələri bərpa edin.
Şəxsi münasibətlərdə güzəştə getmək, sevdiyiniz insan və yaxınlarınızın qayğısına qalmaq lazımdır.
İmicdə dəyişiklik etmək olar.
Tərəzi - gördüyünüz işlərin məntiqi və estetik məziyyətlərinə fikir verin. İşlərdə, şəxsi münasibətlərdə sözügedən məqamlar xüsusi əhəmiyyət kəsb edəcək.
İdeyanızı səbatlı etsəniz, sizi uğur gözləyir.
Görüş, barışıq, çözərək keçmişdə qoymaq istədiyiniz problemlərin müzakirəsi üçün yaxşı vaxtdır.
Gələcəklə bağlı planlar qurun. Fəaliyyətinizin müəyyən mərhələlərini unutmayın.
Axşam saatlarını evdən kənarda, dostlarla və ya sevdiyiniz insanla keçirmək olar.
Əqrəb - gün dəyişikliklər vəd edir. Başladığınız işin keyfiyyətcə yaxşılaşdırılması, rekonstruksiyası ilə məşğul olun. Eyni zamanda bir neçə layihənin gerçəkləşdirilməsi ilə məşğul olmaq istəyirsiniz. Dəstək almaq, yeni tərəfdaşlığa başlamaq üçün yaxşı vaxtdır.
İlk baxışdan təsadüf, qəribə olay təsiri bağışlayan maraqlı görüş, məktub və söhbət istisna deyil.
Baş çəkmək istədiyiniz məkanlarla bağlı illüziyalara qapılmayın. İnformasiyanın gəldiyi kanalları açıq saxlayın. Sizinlə təmas qurmaq istəyən insanlarla əlaqə saxlayın.
Səhhətinizə fikir verin. Pəhrizə başlamaq mümkündür.
Oxatan - ayın ən mühüm günlərindən biridir. Yaxın gələcəkdə önəmli məsələnin çözümü üçün sayıq və qətiyyətli olun. Ünsiyyət, iş və əlaqələrdə özünüzü məhdudlaşdırmayın.
Yeni təəssüratlar və informasiya vəd edən işlərə üstünlük verin. Poçt qutularınızı yoxlayın. Sizi maraqlı xəbərlər gözləyir.
Yazışmalarda ləngimələrə yol verməyin.
Axşam saatlarını dostlarla keçirin. Dəvət aldığınız tədbirlərə qatılın.
İmicdə yeniliklər etmək olar. Alış-veriş üçün pis gün deyil.
Oğlaq - mənfəət və şəxsi maraqların dəqiq müəyyənləşdirilməsi fəaliyyətin praktiki yönlərinə istiqamətlənməyə imkan verəcək. Məntiq və intellektlə yanaşı, həmsöhbətə emosional təsirdən də yararlanın.
Stereotiplərdən imtina edin. Şəraitin təsiri altında planlarda dəyişikliklərə normal yanaşın.
Yaradıcı məziyyətlərinizin nümayişi üçün münasib zamandır.
Axşam saatlarında normal istirahət edin.
Dolça - mühüm situasiyaları nəzarətdə saxlayın. Cari işlərdə ləngiməyə imkan verməyin. Tərəfdaşlarla əlaqələr, danışıqlar, telefon zənglərinə cavablar, yazışma perspektivlərinizdə müəyyənlik yarada bilər. Yaşanan yeniliklərə vaxtında reaksiya verin. Maraqlarınıza toxunan ünsürləri gözdən qaçırmayın.
Əldə etdiyiniz maliyyə vəsaitini rasional şəkildə xərcləyin.
Sevdiyiniz insanın hisslərini nəzərə alın. Onunla önəmli məsələni müzakirə etmək üçün yaxşı vaxtdır.
Balıqlar - günün uğuru həmkarlarınız və tərəfdaşlarınızla əlaqələrin formatından asılıdır. Məqsədinizə çatmaq üçün irəliləyişə başqalarını da cəlb etməyi bacarın. Günün boz və yeknəsək keçməsinə imkan verməyin.
Əzmkar olsanız, ciddi nəticələr sizi gözləyir. Günün ikinci yarısı səfər, maraqlı məkanlara baş çəkmək üçün münasibdir. Ünsiyyət, yeni biliklərin əldə olunması, yazışma yeni təəssüratlar vəd edir. Yeni planlar, ümidlər yaranacaq. Axşam saatları görüş, müzakirələr, romantik təmaslar üçün əlverişlidir. Səxavətli olun.
Milli.Az
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı